Görəsən pəncərəmdə
hansı fəsildi indi?
nə fərqi var,
fəsillər
yenə həsrət qoxuyur.
Havanın istisi də
Ayazı, sərini də
sənin havanı çalır
Ayrılıqdan oxuyur.
Dərdlərimin içində
təzə dərdlər cücərib,
Hər budağı sən adda,
hər yarpağı sevgimiz.
Yoxsan
dərbədər gəzir
yollarında gözlərim
Sevdalar məskənidi
bizim görüş yerimiz.
Deyəsən, külək əsir...
bağlayın pəncərəni.
Açıq qalsa bilirəm,
üşüyəcək şerimiz....
Fərqanə Yusifqızı