Guruldayır göy yenə
Buludları əsdirir
Bəlkə də bu gurultu
Tanrının öz səsidir.
Bəlkə də mesajıdı
Allahın insanlara
Deyir daha son verin
Hər gün axan qanlara.
Şimşəklər də Tanrının,
Qəzəbli baxışıdır
Yağdırdığı yağışlar
Gözlərin yaşıdır.
Göy titrəyir qəzəbdən
Sel aparır yolları.
Budur göydən uzanan
Allahımın qolları.
Ey insanlar barışın
Günəş doğsun sabaha,
Yaradanın gözləri,
Qoy dolmasın bir daha.
Fərqanə Yusifqızı