Qadin.NET / Küsmüşəm... (şeir)

Küsmüşəm... (şeir)

 

 

Küsmüşəm... (şeir)

 

 

Dünyanın rəngi görən qaramıdır, ağmıdır?

Heç bilmirəm məkanım dərəmidir, dağmıdır.

Görəcək günüm hələ deyəsən qabaqdadır,

Mən hətardan küsmüşəm çətin bir də barışım.

 

*** 

Amma dərdimn dünyada çox rəngini görmüşəm

Ürəkdə minbir qəmin ahangini görmüşəm,

Başımda ayrılığın çələngini hörmüşəm,

Mən həyatdan küsmüşəm çətin bir də barışım.

 

 

Küsmüşəm... (şeir)

 

 

*** 

Qəlbim soyuq məzaqlıq, arzularım başdaşı

Hamı usta tərpəndi, mən isə oldum naşı.

Səbrim yox yaşamağa, üstələyir yaş yaşı,

Mən həyatdan küsmüşəm çətin bir də barışım.

 

Fərqanə Yusifqızı

19 avqust 2017
GO BACK