Qadin.NET / Yağış yağar (şeir)

Yağış yağar (şeir)

 

 

Yağış yağar (şeir)

 

 

Yağış yağır ürəyimin küncünə,

Yağar, yağar, dərd-sərimi təmizlər.

Yağış yağır ürəyimin küncünə,

Susuz qalar təşnə torpaq, gen düzlər.

 

***

Yağış yağar gözlərimin içinə,

Gözüm dolar, boşalmağa tələsər.

Qoşularam bəxtsizlərin köçünə,

İzlər iər, arxamızca yel əsər.

 

 

Yağış yağar (şeir)

 

 

***

Yağış yağar hislərimin üstünə,

Hissim donar, sevdamızı isitməz.

Tənhalığın yaman durar qəsdimə,

İSlanaram, yağan yağışsa kəsməz.

 

***

Yağış yağar, dayanmadan hey yağar,

Göyün yerə sevgisini bildirər.

Yağış yağar ürəyimə hey yağar,

Dərd-sərimi damla-damla öldürər.

Fərqanə Yusifqızı

18 avqust 2017
GO BACK