Qadin.NET / Səndən uzaqlarda (şeir)

Səndən uzaqlarda (şeir)

 

 

Səndən uzaqlarda (şeir)

 

 

Səndən uzaqlarda keçmir bu həyat

Ürək həsrət, sevgi həsrət, mən həsrət.

Səndən uzaqlarda qəlbim quraqlıq

Bulud həsrət, yağış həsrət, çən həsrət.

 

***

Səndən uzaqlarda hər mövsüm qışdı

Sənsizlik hər gecə mənlə boğuşdu.

Ruhum torpaq üstə qanadsız quşdu

Hava həsrət, yuva həsrət, dən həsrət.

 

***

Səndən uzaqlarda yoxdu xətirlər

Qələmin ucuna gəlmir sətirlər

Mən vüsal yazıram qəm gətirirlər

Şeir həsrət, misra həsrət, bənd həsrət.


Fərqanə Yusifqızı

16 avqust 2017
GO BACK