Xəyal qurma boş-boşuna,
Suya düşər xəyalların..
Az sənindi, çox istəmə,
Qapanmaz ki yaraların...
***
Nəyin var ki bu dünyada
Bircə kölgən, bir də adın,
Xəyal qurma,
özün gəl,
Dərdinlə qal, tənha qadın...
***
Bir kimsənin hünəri yox,
Zülmət dolar otağına.
Qalın geyin, üşüyərsən,
Qar yağacaq yatağına.
Fərqanə Yusifqızı