Qadin.NET / Köçəydim dünyadan...

Köçəydim dünyadan...

 

 

Köçəydim dünyadan...

 

 

Köçəydim dünyadan yağmurlu gündə

Yağış çiləyəydi qara tabuta.

Mənim bu hüznlü, dərdli günümdə,

Laqeyd insanlar dönər kabusa.

 

***

Ağlayan tapılar bir-iki nəfər,

Hər kəsin üzünə yağış çilənər.

Nəm dolu gözlərə baxıb bir təhər,

Ruhum göydə ucub yaman sevinər.

 

 

Köçəydim dünyadan...

 

 

***

Ölmək istəyirəm yağmurlu gündə,

Yağışın səsini son dəfə duyum.

Damlalar dolaşsın şəklim önünüdə

Yağmura qarışıb rahat uyuyum.

 

***

Yağış yağsın bir az torpaq yumşalsın,

Bezməsin amandı, məzar qazanlar.

Qaralan buludlar tamam boşalsın,

Mənə ağı desin dəli ozanlar.

Fərqanə Yusifqızı

7 avqust 2017
GO BACK