Nə ulduz istərəm, nə ay istərəm,
Nə bəxşiş istərəm, nə pay istərəm,
Sevgidən qurulan saray istərəm,
Badəmə eşq kimi dolarsanmı heç?
Ömürlük bir sevdam olarsanmı heç?
***
Demirəm zülmətdə mənə işıq ol,
Ya da ki, ömrümə gəl yaraşıq ol,
Bu kövrək qəlbimə sən alışıq ol,
Mənimlə şaxtada donrarsanmı heç?
Ömürlük bir sevdam olarsanmı heç?
***
Yetər ki dürüst ol, doğru ol mənə,
El-oba etməsin heç zaman tənə,
Ürəyim bürünsə dumana, çənə,
Simurq tək sinəmə qonarsanmı heç?
Ömürlük bir sevdam olarsanmı heç?
Fərqanə Yusifqızı