Qadin.NET / Sevgin olmasa (şeir)

Sevgin olmasa (şeir)

 

Sevgin olmasa (şeir)

Səmadan buludlar çəkilər təmiz,

Son damlasınadək quruyar dəniz.

Nə xatirəm qalar, nə sədam, nə iz,

Əgər ürəyimdə sevgin olmasa.

 

***

Quşlar nəğməsini daha söyləməz,

Gecələr ulduzlar parlayıb, sönməz,

Dilimdə söz bitər, sinəm döyünməz,

Əgər ürəyimdə sevgin olmasa.

 

***

Çəmənlər saralar, çiçəklər açmaz,

Ceyranlar ovçunun oxundan qaçmaz,

Ruhum pərvazlanıb göylərdə uçmaz,

Əgər ürəyimdə sevgin olmasa.

Sevgin olmasa (şeir)

***

Bitər yer üzündən sevgi, məhəbbət,

Gələr ayağıma məşhəl, qiyamət,

Deyərəm ay dostlar, qalın salamət,

Əgər ürəyimdə sevgin olmasa.

Fərqanə Yusifqızı

3 avqust 2017
GO BACK