Qadin.NET / Sevəcəm səni

Sevəcəm səni

 

Sevəcəm səni

 

Bir gün sevdamızın qolu qırılsa,

Ürəyin sevməkdən bezib, yorulsa,

Könlündə başqa bir sevgi qurulsa,

Yenə də gizlicə sevəcəm səni.


***

Bir ümid, bir güman əkəcəm hər gün,

Həsrəti qəlbimdən sökəcəm hər gün, 

Evinin önündən keçəcəm hər gün,

Yenə də gizlicə sevəcəm səni.

 

 

Sevəcəm səni


***

Xoşbəxt günlərini böləcəm sənin,

Başqa birisiylə görəcəm səni, 

Gözümə doldurub dumanı, çəni,

Yenə də gizlicə sevəcəm səni.


***

Evin bir küncündə cismim qarısa,

Həyat yollarında ömrüm yorulsa,

Üzümdə qırışlar, əlimsə əsa,

Yenə də gizlicə sevəcəm səni,

Yenə də gizlicə sevəcəm səni...

 

Fərqanə Yusifqızı

30 iyul 2017
GO BACK