Qadin.NET / Tarixin acığına sevgi - Aqşin Yenisey

Tarixin acığına sevgi - Aqşin Yenisey

Tarixin acığına sevgi

 

Tarixin acığına sevgi - Aqşin Yenisey

Təhqir olunmaq – burdan başlanır insanlığın tarixi!

Öz başlanğıcını burdan götürür

bir çox kəsici alətlər.

Balta

qılınc

bıçaq

“Adam” sözünə ən yaxşı qafiyəni

tarix özü tapıb:

“Edam”

Vəssalam!

Tarix şairə bənzər; özü özünü yazar.

Qələmi silahdır, mürəkkəbi qan.

Bir azdan

mən sənə sevgi elan edəcəyəm

Bir azdan – doğrusu, bilmirəm haçan.

Ölmə!

çünki çox uzaqdasan.

Mən gəlib çatanacan

ölmə!

Sənə sevgi elan edəcəyəm.

Aqşin Yenisey

3 iyun 2017
GO BACK