Sənə inanıram mən-
insanlar günəşə inanan kimi.
Sənə inanıram mən-
bir dünyalıq işıqla
doldurmusan qəlbimi.
Sənə inanıram mən-
deməsəm də dilimdə,
bu inamla ötüşür
aylarım-illərim də.
Sənə inanıram mən-
inam mənim dayağım,
məhəbbət ümmanında
ümidimi itirsəm,
inam olar mayağım...
Əziz Qadin.Net xanımlari,mənim bu şerim işıq üzü görmüş şerdir.Sizlərin də fikirlərini bilmək çox xoş olar.