Yenə gülmək içimdən gələn səslərə
Yenə oturub bir iki sağlıq demək sənsizliyə
Barmaq uclarını əzbərləmək kimi
Gecə qaranlığında ağlamaq
Hər hansısa bir fikir aldada bilmirsə ürəyimi
Tutmursa sənin kimi heç bir qadın əlimi
Öpəmmirsə sənin şəhvətinlə tənimi
Mən neynim ki, səhralarda karvanlar yanır
Mən neynim ki, insanlar tanrılara inanır
Bir həqiqət göstər mənə gözlərindən başqa
Ya da nəfəsin qədər canlı başqa bir şey
Yox, göstər mənə mənim qədər ölüm
Ya da, sus, sakitliyinlə min parçaya bölünüm, yavaş-yavaş
Bir şeir ki, köhnə bir kağıza yazılıb, cırılır
Bir həqiqət ki, min dinə bölünür
Bir Tanrı ki, gülür hər uşağın sinəsindəki isti güllədə
Bir mən ki, sonsuzluqda təvafdayam, yavaş-yavaş...
Ali Khayyam