Qadin.NET / Yorulmaq

Yorulmaq

 

Yorulmaq

 

Yoruldum, boş gülüşlərin zamana xərclənməsindən

Çox yoruldum, buludların arasına qarışan sözlərdən.

Biraz uzağa,

Nəfəsimi dinləyə biləcəyim yerlərə aparmalıyam bədənimi.

Qaçaraq küləyə qarşı

Geridə qoymalıyam boğucu sarılarımı.

Çiyinə yüklənmiş sualları toplamaq

Və sonda ruhu sığallamaq cavablar ilə.

Nəfəsimin bir tanrı nəfəsi olduğunu dərk etmək

Duaları buludlara yox, bədənə üfürmək.

Düşüncə olaraq yaşamaq

Anlamsızların arasından çıxmaq

Unutmamaq ki, peşmançılıq keçmişlərə dayanar.

Bəzən boş vermək,

Dəyişməmək və özünü görünməz qandallardan xilas etmək

Və özünlə dartıb çəkmək digər insanları.

Bu dünyanın görüntüsünü yaşamaq

 

Sonda pozulacaq görüntüyə şahid olmaq.

 

Ceyhun Məmmədov

 

29 aprel 2017
GO BACK