Qadin.NET / "Sən nə gözəl unudursan adamı" (şeir)

"Sən nə gözəl unudursan adamı" (şeir)

"Sən nə gözəl unudursan adamı" (şeir)

 

Sən nə gözəl unudursan adamı...

Könlüm küsdü sevgilərin dadından,

Çoxmu gördün sən mənə bir salamı?

Elə gözəl çıxıram ki, yadından,

Sən nə gözəl unudursan adamı.

Necə sevdim, necə gəldin xoşuma,

Ötən günlər xatirədir bir udum, 

Mən haranın külün töküm başıma,

Heç bilmirəm səni necə unudum.

Hələki səbrimin daş tərəfisən.

Hələki yaramda duz saxlayıram.

Sən mənim ömrümün qış tərəfisən,

Səndən ürəyimi buz saxlayıram.

Könlüm küsdü sevgilərin dadından,

Çoxmu gördün sən mənə bir salamı?

Elə gözəl çıxıram ki yadından,

Sən nə gözəl unudursan adamı.

Vasif Zöhraboğlu
"Sən nə gözəl unudursan adamı" (şeir)


10 mart 2017
GO BACK