Sildim azadlıq sözünü ürəyimin lüğətindən
Yeni söz daxil elədim, indi düşmür o dilimdən.
Gecəni səhərə qatıb, səhərimi unutmuşam,
Arzu etdiyimi tapıb, sevinməkdən məst olmuşam.
Bircə dəfə baxmaq ilə sovurdu məni özünə,
İndi də quluyam onun, qurbanam hər bir sözünə.
O divardan bu divara, başımı vuraraq fələk,
Yaşamağa ürək verdi, ürəyimi aldı mələk.
Kürəyimdə daşımışam bu dünyanın min yükünü,
Ancaq qaldıra bilmirəm saçının bircə tükünü .
Meydan oxuyub aləmə yaşayardım aslan kimi,
İndi isə titrəyirəm, mələk mənə baxan kimi.
Toxuyublar ürəyimə müqəddəs iplərdən xəyal,
Bircə onu sevmək olub mənim həyatımda amal.
Hərdən soruşur mələyim: Mən olmasam nə edərsən?
Yalandan nəfəs alardım, yalandan nəfəs verərdim!
Amma söylə ay məleykə, niyə belə incidirsən?
Sən ki necə sevdiyimi hamıdan yaxşı bilirsən!
Mələyi sevirsə cavan, gərək onu yaşatsın o,
Özü yerdə yaşasa da, buludlara can atsın o.
Nə qədər ki mən sevirəm, bil ki, sənsən tək xəzinəm,
Nə qədər ki vurur ürək, hər vuruşda mən səninəm!
Müəllif: Coşqun Kərimov