Eşqi camalınla məni məcnuni dəli etmə gözəl
Yandırdı eşqin sinəmi,bimar edib getmə gözəl.
Təbiət çoxmu yaradıb sənin kimi yar gözəli
Gəl,naz etmə aşiqə,könlümü qan etmə gözəl.
Sənin qara gözlərinə mən aşiq qurban demişəm
Ümüdin varsa sabaha,məni peşman etmə gözəl.
Daha gözüm düşməyir camalına,hüsnünə ey yar
Həsrət içində boğulan qəlbimi kövrətmə gözəl.
Bülbül şən olmaz qəfəsdə çünki gülündən ayrıdı
Ayrı düşən mən aşiqəm,məni pərişan etmə gözəl.
Həyatın mənası sandım səni mən görcək usandım
Sanma mən vurğunam sənə,zülfünü yan etmə gözəl.
Tükənib səbrü qərarım,Qafuram,yanır bu canım
Məni atıb özgələrə eşqi bəyan etmə gözəl.
Qəzəlin Müəllifi : Qafur Abbasov