Qadin.NET / Sensiz qaldiq biz, ay Ata!

Sensiz qaldiq biz, ay Ata!

Sensiz qaldiq biz ay Ata!

Ölümünə yer də, göy də ağladı,

Gülən gözlərimizi kədər bağladı.

Sənin yoxluğun  bizim ürəyimizə ocaq qaladı,

Sənliykən sənsiz qaldıq, biz ay Ata!

Əllərin əlimə dəyməz ki, bir daha,

Gözlərin gözümə baxmaz ki, bir daha.

Səsini heç zaman duymaram ki, bir daha,

Sənliykən sənsiz qaldıq, biz ay Ata!

 

Tər bənövşələrin boynunu büküb,

Anamın gözləri yola dikilib,

İstəkli oğlun yaman üzülüb,

Sənliykən sənsiz qaldıq, biz ay Ata!

Yenə yuxuma qonaq gəlsən nə olar,

Üzür məni bu intizar, bu kədər.

Yuxumdasa varlığın təsəllim olar,

Sənliykən sənsiz qaldıq, biz ay Ata!

Dayaq idin arxamızda bir ağac kimi,

İşıq idin qəlbimizdə bir çıraq kimi,

Gözümüzün nuruydun, parıldayan ulduz kimi,

Sənliykən sənsiz qaldıq, biz ay Ata!

Ayrılığın sonu yoxmuş ay Ata!

Getmə – dedim, ayrılmayaq,

Ayrılığın sonu yoxmuş.

Gözə alma sonsuzluğu,

Dönəcəyə yolu yoxmuş.

Ağac bir də yarpaqlayar,

Çəmən bir də çiçəkləyər.

Körpələr gələr dünyaya,

Ayaq açar, iməkləyər.

Səni bir daha dünyaya

Gətirəmməz qoca anam.

Yüyrüyünü yelləyəmməz,

Deyə bilməz “laylay, balam”.

Tək gəldin, tək getdin, Atam mənim.

Ürəkdə arzular qaldı.

Neçə - neçə diləklərin,

Daha nələr, nələr qaldı.

Ağlım qələmi saxladı,

Daha yazma, bəsdir – dedi.

Onsuz da əllərin boşdu,

Zəhmətin əbəsdi dedi.

 Ayrılığın sonu yoxmuş.

 Sensiz qaldiq biz ay Ata!

 Müəllif : Vüqar Vəkiloğlu.

20 oktyabr 2016
GO BACK