Səni gördüm...
Yuxuydumu bu görüntü?
Ürəyimdə bir titrəyiş,
bir təlatüm,
bir döyüntü...
Səni gördüm...
Hücum çəkdi xatirələr,
haray saldı yazıq könlüm.
Səndən sonra
sevgilərdən sınıq könlüm
nələr çəkdi, bilsən nələr...
Səni gördüm...
Nədir görən bu qayıdış?
Niyə döndün?
Bir zaman qəlbimi sarmış
o eşq odu çoxdan söndü...
Səni gördüm...
Dilimdə dondu sözlərim.
Demə bu görüşə şadam.
Bir zaman məhəbbətlə
sənə baxan gözlərim,
elə özüm də yadam...
Səni gördüm...
İtirdim gülüşümü,
İtirdim yerişimi.
Nə yolumu tapa bildim,
nə də ki,
səbəbini dönüşünün.
Səni gördüm...
Görən axı niyə döndün?..
müəllif: Afət