Zeytunu sevərdim gözlərin kimi
Buruğu saçların dənizim kimi
Nəyini sevmişdim özüm də bilməm
Eynəyin könlümdə göz izin kimi...
Salama dəyməyən şeirlər kimi
Keçirsən yanımdan özgələr kimi
Yazma da ,demə də,ha çabala ki
Bilirəm sevirsən dəlilər kimi...
***
Xaliq bəxş etməmiş zinəti, malı
Zəfəran yol azıb itib amalı
Silsən bir üzdəki pudranı ,alı
Solmuş bənizinin nəyindən küsüm?
Gözümə tuş gəldi nazlı gözləri
Incidə bilməzdi məni sözləri
Köksüz budağının nəyindən küsüm
Yağışdan sonrakı küflü göbələk
Rəngli göyqurşağı, gözel kəpənək
Fələk də bilmirki eyləsin kələk
Soysuz sorağının nəyindən küsüm
Yığmısan dünyanın həm varın,yoxun
Eros düz atmayıb öz sevda oxun
Səndən inciyənin lap varın yoxun
Satılmış ruhunun nəyindən küsüm
***
Bəs deyilmi axıtdığım göz yaşı
Tanrı məni unudubmu görəsən
Sinəmə oturubdur hicranın daşı
Yollarına düzülmüşəm bəlkə gələsən
Sıratdan incədir sevda körpüsü
Buraxdın əlimi döndün küle sən
Niyyet ağ göyərçin vüslat göy üzü
Yollarına düzülmüşəm bəlkə gələsən
Sınıb ömür yolumun ən zərif simi
Tikanlı kollardan çevril gülə sən
Qırx düyün vurulmuş qara tilsimi
O narın əllərnən aça biləsən
Yollarına düzülmüşəm bəlkə gələsən..
Vüsal Hüseynov