ANAM
İnana bilmirdim bircə anlığa,
Anamdan aralı yaşaya biləm.
Bax fələkdə olan insafsızlığa,
Qoymadı sevinəm , yada ki güləm.
Anama baxırdı gözlərim mənim,
Mən baxır, o isə hey əriyirdi.
Sabaha açılmır səhərim mənim,
Matəm ehtiyatı görün deyirdi.
Elə bir andaca, o nadan əcəl,
Xəncəri əlində girdi içəri.
Daha danışmağa vermədi macal,
Həmişəlik yumdu anam gözlərin.
Ana övladı üçün hər şey deməkdir. Dünyada ananın yerini heçnə vermir. Nə sevdiyin birisi, nə də yaxınların. Ananın sevgisi övladına təmənnasızdır. Bu heç bir sevgiyə bənzəmir. Övlad anasını sevsə də ana onu sevir, sevməsədə ana övladını sevir. Amma başqası səndən sevgi görməsə ,səni sevə bilməz həmişə.Analar müqəddəsdir. Allah bütün anaları qorusun. Amin!