Qadin.NET / Ata

Ata


Ata


 

Həyat sevgisiylə gözünü yumdun,

Arzunu demədin,köçünü etdin.

Kəcavən tez gəldi,sağolsuz getdin,

Dünyamı qaranlıq eylədin,ata.

*** 

Qəlbim ovunmayır bu yoxluğuna,

Göz yaşım sığmayır öz məcrasına.

Yol uzaq,görüşün yolları zülmət,

Bu geniş dünyamda tənhayam,ata.

*** 

Yaşın yaş olsa da,qəlbin cavandı,

Oğul dərdlərindən ürəyin dağdı

Üst-üstə yığılan qubarın vardı,

Nisgilli həsrətə qovuşan ata.

*** 

Şahiddim,əzabın əzablarında,

Dərdini gizlədib susardın,ata.

Varlığın yoxluqda əriyən andan,

Min ömür gərəyin deyildir,ata.

*** 

Səni axtardıqca sızlayır qəlbim,

Anam,qardaşlarım haraya gəlmir.

Tamilla adında yeganə qızın,

Gündüzlü gecədə yatıbdır,ata.

19 iyun 2011
GO BACK