Qadin.NET / Bu həsrətə yad deyiləm...

Bu həsrətə yad deyiləm...

Bu həsrətə yad deyiləm...
Əvvəlimi bilirsən, əzizim, 
yaxın gəl, sənə axırımı danışım:
Səndən sonra 
saçının hörükləri kimi dolam-dolaşıq həyatda
yaşamaq asan olmadı, olmadı
başqalaşdım başqalaşdıqca
məndə özümdən əsər-əlamət qalmadı, qalmadı...
Bu həsrətə yad deyiləm...

Ata bilmədimsə içimdən dünya məhəbbətini
ilişdimsə, qaldımsa
alçaldıqca alçaldımsa... Qınama məni - yenə bilmədimsə həsrətini;
axı nə edəydim
mən əliyalın
o yaraqlı... Və uzun kipriklərindən sallanan göz yaşların kimiyəm indi
bir toxunuşa bənddi düşüşüm
bir hıçqırtına bağlı... Artıq sözlərim səni ağlatmırsa,
səsim ürəyinə yatmırsa...
ehhh...
...əlim əlinə çatmırsa
nə fərqi var - sən uzaqdasan, yoxsa mən? Sən ədalət kimiydin, sevgilim
axtarıb tapa bilmədiyim... Allah sevdiyi bəndəsinə çətin həyat yaşadırsa,
bəndə də mısmırığını sallayıb Allahına daş atırsa
bəlkə biz qarışmayaq...? Belə umu-küsülərə get-gedə alışacaqlar, alışacaqlar
biz araqatanlıq etməsək, onlar 
barışacaqlar, barışacaqlar... Sənsə bircə bunu bil, get, ay ürəyimin dərdi:
bir həsrət var, 
illərdi
dodaqlarının küncündə gizli... 
Bu həsrətə yad deyiləm, utanma
az olmuyub küçələrdə yatdığım.
Gedən getsin 
sən yerində dik dayan...
ümid et ki, 
bumeranqdı budəfəki atdığın.
Gözlərini qaçırtma gəl, rahat danış mənimlə
mən də billəm, unudulmaz bəzi noxud gülüşlər
qəm eləmə, 
necə deyim, bir də ki...
bir də olur bahar kimi üç fəsillik gedişlər. Boş dayanma, bir səbəb bul arxasınca getməyə
Bu həsrətə yad deyiləm...

Mən də bunu, inanmazsan, yeni-yeni bilmişəm
De ki, salam, qayıdıram bu saat
De ki, səndə gözüm qalıb götürməyə gəlmişəm. Toxuduğu yarım qalan corabları xatirlat
indi yəqin darıxıbdır millər üçün əlləri
Bir də danış həsrətinnən küncü qırıq aynanın
Birdə güllər işə yarar, hər gün-hər gün su verdiyi gülləri. De ki, bizim dəli Solmaz dünyasını dəyişib
Çox sevərdi rəhmətliyi, dözmüyəcək, dönəcək
De ki, vətən şəhid verib, 
müharibə başlıyıb
Öfkə, qürur qalmıyacaq, hamsı birdən dinəcək. Axı sənsiz üşüyəcək vətən kimi sevdiyin
Heç olmasa qələm götür bir namə yaz, bəlkə də...
Zərrəbinlə seç sözləri amma ki,
“Qayıt” demə, qayıt desən gəlməyəcək, ölsə də. İlqar Kamil
22 aprel 2016
GO BACK