Qadin.NET / “Azərbaycan əsgərinə açıq məktub”

“Azərbaycan əsgərinə açıq məktub”

 

“Azərbaycan əsgərinə açıq məktub”


“Azərbaycan əsgərinə açıq məktub”

 

(mənsur şer)

Ey, Azərbaycan əsgəri! 

Mərdliyi dillər əzbəri, igid qardaşım!

Səndən tək istəyim vardır, 

Qaytar mənə Xankəndini, Qubadlını, Kəlbəcəri,

Qaytar artıq Ağdərəni, Zəngilanı, Füzulini.

Qaytar ana yurdumuza doğma eli-obasını. 

Qaytar  düşmən tapdağında qan ağlayan 

Vətənimin lalə düzlü torpağını.

Qaytar bizə Xocavəndi, Şuşa, Laçın, Cəbrayılı. 

Qaytar əziz torpağımı, bulağımı, hər daşımı. 

Qaytar artıq bitsin gözlərimdəki yaşım, 

Qaytar daha qalmayıbdır Şəhid verəcək qardaşım.

Qaytar daha yetər artıq səndən ayrı dolandığım,

Qaytar mənə qara bəxtli, qara bağlı Qarabağı.

Qaytar daha bitsin həsrət, fərəhlənsin bütün hər kəs. 

Sən qoçaqsan, sən igidsən, sən Azəri igidisən, 

Koroğlunun ər köküsən. 

Kəs ayağın namərdlərin sıldırımlı qayalardan. 

Lalə bitən çəmənimin hər qarışı geri dönsün.

Bitsin daha ayrılıq da, göz yaşı da. 

Əzab görmüş günahsız körpələrim, 

Analarım-bacılarım, 

Şəhid olan qardaşlarım hüzur tapsın. 

Ümidimiz, güvənimiz  heç bitməsin, tükənməsin. 

Üç rəngli bayrağımız Qarabağda dalğalansın.  

Geri qaytar, zəfər qazan, şanlı igid qardaşım!

Qarabağı qaytar mənə elə bu gün, gözləməyək daha bir gün. 

Təmizlənsin el-obamız yağı düşmən tapdağından. 

Heç qorxmasın xarıbülbül, az qalıbdır qovuşmağa, 

Üşüməsin qızıl laləm, tər bənövşəm. 

Daha onu əzən deyil, sevgi ilə qoxlayanım 

İgid, cəsur qardaşlarım xilas edib qaytaracaq! 

Muğam səsi el-obamda az qalıbdır, səslənəcək! 

Ey, qardaşım! Eşit məni, eşit anaların neçə illik naləsini. 

Eşit gözü yaşlı bacıların, yetim qalan körpələrin, 

Yurdsuz olan qocaların bir nəfəsə dediyini:

-“Qaytar bizə Qarabağı! Qaytar geri torpağımı!” 

Haydı mənim igidlərim, sındır düşmən səngərini, 

Qov düşməni didim-didim, rədd olsunlar itim-itim.  

Bəsdir gün  gördülər güngörməz  torpağımda. 

Dağ çəkdilər sinəsinə, kül basdılar ürəyinə. 

Daha bəsdir qız-gəlinim əsirlikdə əzab gördü. 

Artıq bitsin həsrət, zülüm, qaytar geri torpağımı. 

Qaytar geri Qarabağı! Qaytar geri torpağımı!

 

 

Xəyalə Murad

16.04.2016

16 aprel 2016
GO BACK