Hardandı səndə bu cazibə, gülüm,
bu lətafət, bu incəlik?
Niyə hamı kimi deyilsən axı sən
nədəndi səndə bu qəribəlik?
Məsələn, elə gözəl ağlayırsan ki
ağlatsammı bir də?
-qəddar-qəddar düşünürəm hərdən.
Elə gözəl darıxırsan ki, gülüm,
adam çıxmaq istəmir gizləndiyi yerdən. Elə qəşəng qaçırsan ki,
vallah, qovmağı gəlir adamın;
fikir vermişəm
əllərin səndən qabaq qaçır sən qaçanda
gözlərin həyəcanlı
sağa-sola baxırsan hürkmüş ceyran kimi
aldadıcı olur gülüşlərin şeytan kimi.
elə məsum təslim olursan ki,
yenə qaçsa, yenə tutsam keçir könlümdən. Elə dəlicəsinə axtarırsan ki, adamı
tez - tez əlindən düşmək,
tez-tez itmək istəyirəm;
elə bərk-bərk qucaqlayıb saxlayırsan ki,
heyran qoyursan məni;
qalmaq istəyə-istəyə getmək istəyirəm. Səninlə yaşamaq istəyirəm
səninlə gülmək istəyirəm
bu ölümlü-itimli dünyada
öləndə də həsrətindən ölmək istəyirəm;
yox e yox, haşiyəyə çıxdım,
lütfən cavab ver
mən bilmək istəyirəm: axı sən niyə beləsən?...
Get, qoy yolun açıq olsun
ey hər zülmümə dözənim!
Tərk etmək üçün çırpınan,
bircə bəhanə gəzənim! Get, qoy yolun açıq olsun
Onsuz bir gün getməliydin;
Çoxdan qurduğun planı
axır icra etməliydin. Get, qoy yolun açıq olsun
zorla gözəllik olmaz ki...
...Əkdiyin gülü neynəyim?
sən getdin deyə solmaz ki..? Yadındamı hey deyirdin:
"getsən boş yerin dolmaz ki"
Ehh, mən də gör nə umuram
bunlar yadında qalmaz ki. Get, bilirəm yük olmuşdum-
bu qədər vaxtı mən sənə.
Ömründən üzr istəyirəm
təkrar-təkrar, dönə-dönə. Get, qoy yolun açıq olsun
ey hər zülmümə dözənim!
TərK etmək üçün çırpınan,
bircə bəhanə gəzənim! İlqar Kamil