Qadin.NET / Məhkum...

Məhkum...

Məhkum...

Məhkum

Düşüb bu şəhərin hər tin-dalanna
Inan ki, mən səni gəzə bilərəm
Baxmaram ömrümün geri qalanna
Məhşər gününəcən sevə bilərəm...
гЂ‹гЂ‹гЂ‹гЂ‹
Mənimki elə eşq, elə sevda ki,
Kəlmələr imkansız başa salmağa
Aşiqəm, məkanım yoxdur inan ki,
Ev - eşik bilmirəm, yatıb -qalmağa....
гЂ‹гЂ‹гЂ‹гЂ‹
Demirəm Məcnunam eşqindən sənin
Çöllərə düşməyim imkansız mənim
Mən elə Əhədəm eşqindən sənin
Dörd dövrə vururam dövrəndə sənin...
гЂ‹гЂ‹гЂ‹гЂ‹
Sən isə görmürsən, tutulub gözün
Məni də kor etdin , niyə bilmirəm
Ürəyim azmış ki, tutmusan gözüm
Səndən özgə birin görə bilmirəm..
гЂ‹гЂ‹гЂ‹гЂ‹

Məhkum...

Bilmirəm bu eşqlə necə edəcəm
Cəsarət yox məndə, gümanım da yox.
Deyəsən şeirlər tək həsr edəcəm
Hələ ki, özgə bir çarəm də ki, yox...
гЂ‹гЂ‹гЂ‹гЂ‹
Əhədəm, eşqimi qəlbdə çəkərəm
Istəməm üzülüb ağlayasan sən.
Bu üzdən eşqimi heç bildirmərəm.
Eşqimi vərəğə danışaram mən.
гЂ‹гЂ‹гЂ‹гЂ‹
Bu şeri oxusan bunu anla ki,
Bu ürək hər daim məxsusdu sənə.
Yadında bunu da yaxşı saxla ki,
Bu Əhəd ömürlük məhkumdu sənə... 

Məhkum...

"Keçmiş" Sevdiyimə...

Yenə yağış yağır, küçələr bom-boş

Təkcə xatirələr gəzir mənimlə...

Nəyimə gərəkdi, de axı bunlar?

Var ikən əl - ələ gəzmək səninlə...

гЂ‹гЂ‹гЂ‹гЂ‹

De, neyçün üşüyər mənim əllərim?

Sənin əllərini tuta bilmərəm...

Heç mi toxunmayır sənə sözlərim?

Heç mi toxunmayır, bilə bilmərəm..

гЂ‹гЂ‹гЂ‹гЂ‹

Bu qədər şeirlər yazıb uğruna

Könlümü yolunda qurban etmişəm.

Vaxt olub inan ki, evvin yoluna

Bir gündə on dəfə gəlib getmişəm.

гЂ‹гЂ‹гЂ‹гЂ‹

Məhkum...

Demişəm pəncərən açıqdl bəlkə

Bəlkə pəncərədən baxar bayıra

Baxardım kaş sənə dəqiqələrcə..

Sən isə çıxmazdın heç vaxt bayıra....

гЂ‹гЂ‹гЂ‹гЂ‹

Bəxtim də küsürdü o vaxtlar məndən

Nəsə gətirmirdi görməkçün səni.

Dəyqələr içində bəlkə əlimdən

Qaçırıb , qalırdım, sevgilim, səni....

гЂ‹гЂ‹гЂ‹гЂ‹

Qismətim əlini uzatmadı heç

Həsrətim çəkirdim sənin günlərcə.

Bir kərə nolar ki, yolum üsdən keç.

Çıxarmam yadımdan inan illərcə..

гЂ‹гЂ‹гЂ‹гЂ‹

Onu bil, arada sizin küçədən

Yenə də salıram yolumu hərdən.

Bircə Məcnunluğum qalıb , sevgili.

Onu da olacam sənin əlindən...

гЂ‹гЂ‹гЂ‹гЂ‹

Hə bir də , bilmirəm nədəndi belə

Hər şeir yazanda sənə yazıram.

Bəlkə həqiqətdə tapmıram deyə.

Səni şeirlərdə mən axtarıram.

гЂ‹гЂ‹гЂ‹гЂ‹

Nə isə...

Hələ də ümidim qalıb, biləsən.

Yenə də bil Əhəd gözləyir səni.

Tək arzu, diləyi budur , biləsən.

Bütün varlığıyla istəyir səni...

Müəllif: Əhəd Əhədli

18 fevral 2016
GO BACK