Qadin.NET / Anam qocalır

Anam qocalır

Anam qocalır

Anam Qocalır

Gözümün önündə əriyir şamtək

Məni əzizləyib köksünə basır,

Məni həyatda yaşadan bir tək,

Gözümün nuru Anam qocalır.

Hərdən fikirlər bürüyür məni

Hərdən dərd sərdə alır aparır

Halal zəhmətiylə böyüdən məni

Canımdan can olan Anam qocalır

Həyat saçlarına deyəsən Ana

Vəfasız ağarmış dənini salır

Bunu nə yazıq az adam qana

Cənnətim mələyim Anam qocalır.

Ananın qədrini vaxtında bilin

Anadır bizləri göyə ucaldır

Vaxtında danışın vaxtında dinin

Sora deməyəsən Anam qocalır

Allahım cismimdən canımı al Sən

Anamsız nəyimə lazım görəsən

Al mənim ömrümdən Anama versən

Qurbanın olum Anam qocalır.

Allahım Anasız qoyma heçkimi

Analar hər anda bizə gərəkdi

Ömrünə ömür qat  yaşat gül kimi

Anamı qocaltma Anam gərəktir 

Anam qocalır

Vaxtı gəlibdir

 Əlini buraxıb gedəndən bəri

Bu yazıq ürəyimə Payız gəlibdir

Sənlə unutmuşdum mən dərdi səri

İndi ürəyimi həsrət dəlibdir.

Axı sevməyəcəkdin niyə gəlirdin

Niyə ürəyimlə oynadın niyə

Sənsiz öləcəyimi səndə bilirdin

İndi ölümümün vaxtı gəlibdir

Bu sevgi ocağı indi sönübdür

Közərən hislərim külə dönübdür

Sən getdin gedəndən Elvir ölübdür

Səni unutmağın vaxtı gəlibdir

Anam qocalır

Ayrılıq məqamı yaşamamışdım

Elə hey sevgiylə böyümüşəm mən

Qəm kədər heç zaman yaşamamışdım

Ağlamaq sızlamaq vaxtı gəlibdir.

Küləyim saçını dalğalatmamış

Göz yaşım yanağını islatmamış

Səninlə bir yataqda mən yatmamış

Ayrılıq fəslinin vaxtı gəlibdir.

Müəllif: Elvir Onur

17 yanvar 2016
GO BACK