Qadin.NET / Gözlərimin payızı

Gözlərimin payızı

 

Gözlərimin payızı


Gözlərimin payızı

 

Ürəyimin hönkürtüsü gözümdə

Ha danışsam, ha dinsəm də sevinmir.

Gözlərimin fəsli niyə dəyişmir?

Bu payızın sonu nə vaxt- bilinmir.


Yumaq kimi bükülürəm.

Ürəyimdən parçalanıb, sökülürəm.

Yarpaq- yarpaq saralıram, tökülürəm.

Bu payızın sonu nə vaxt- bilinmir.


Gecə olar kipriklərim yumular,

Göz yaşlarım gözlərimdə uyuyar.
Səhər yenə təkrar ,"hava'" soyuyar.

Gözlərimin fəsli niyə dəyişmir?

Bu payızın sonu nə vaxt- bilinmir.


Yumaq kimi bükülürəm.

Ürəyimdən parcalanıb, sökülürəm.

Yarpaq-yarpaq saralıram, tökülürəm.

Bu payızın sonu nə vaxt- bilinmir.

Bu payızın sonu nə vaxt bilinmir.

 

Gözlərimin payızı

 

Günahsız körpələr

Laylardan doymayıblar,

Hələ rahat yatmayıblar,

Axı kama catmayıblar

Hara gedir yolun dünya?

Hara gedir sonun dünya?


Körpələrə dəymə belə

Sənə qurban olum dünya.

Biz görəni görməyiblər,

Biz sevəni sevməyiblər,

Hec doyunca gülməyiblər.

Hara gedir yolun dünya?

Hara gedir sonun dünya?


Körpələrə dəymə belə

Sənə qurban olum dünya.

Çək üstündən çən -dumanı,

Düşmənə vermə amanı,

Səni bu günə salanı

Sal yoluna canım dünya.

Körpələrə dəymə belə

Sənə qurban olum dünya.

Müəllif:Nəcibə Vüsal

19 noyabr 2015
GO BACK