Qadin.NET / Çiçəksiz "sevgililər günü"- İlhamə Müzəffərqızı

Çiçəksiz "sevgililər günü"- İlhamə Müzəffərqızı

Çiçəksiz пїЅsevgililər günüпїЅ- İlhamə Müzəffərqızı



Çiçəksiz пїЅsevgililər günüпїЅ


Həyatımdan kimlər ötdü?
Kimlər baxaraq yan keçdi?
Kim mənsiz həyatı seçdi?
Kimə mən əlçatmaz qaldım?

Kimə mən doğma oldum ki?
Kimə mehrimi saldım ki?
Kimin üçün qovruldum ki?
Odundan yanıb qaralım?

Kim dedi axı-sevgimsən?
Sevincimsən, əzizimsən,
Kim dedi ki sən mənimsən!!!
Yolunda solum-saralım?

Qədir-qiymət bilənmi var?
Göz yaşımı silənmi var?
Mənim üçün ölənmi var?
O həsrətdən nakam qalım?

Axtardım ki tapım onu?
O da düşünmədi bunu.......
Bu imiş arzunun sonu?
Sonunda tək-tənha qaldım

Sevgililər sağa- sola
Gəzişirlər bax, qol-qola..
Xəyallara dala-dala,
Mən ömrümü dala saldım!

Hamı bilir, mən bilmirəm...
O nədir ki mən görmürəm?
Nə sirdir bilə bilmirəm,
İllərimi mənmi çaldım?

Mən də yorğun , il də yorğun,
Mən də durğun , il də durğun..
Fələk sayır öz saydığın,
Ona nə var mən nə saydım?

Demə günün bir günündə
Gələr пїЅag atlıпїЅ n sənin də!
Bu пїЅsevgili günüпїЅ nü də
Mən çiçəksiz yola saldım.........

30.06.08



Səninçün kim idim bilə bilmədim

Niyə sevinirdim səni görəndə
Niyə hey görməyə mən can atırdım?
Bəs niyə qəfil üz -üzə gələndə
Tezcənə oradan uzaqlaşırdım?

Dilim söz tutmurdu salamlaşmağa
Mən ki bülbül təki ötən biriydim....
Gücüm yoxdu bu cəpəri aşmağa
Bu nə əlamətdi, nəyin Sirriydi?

Görməyəndə axtarırdı gözlərim
Görüşəndə qacırdı gözlərindən
Boğazımda ilişirdi sözlərim
Taqətimi alırdı dizlərimdən

Hər səni görəndə rəngi qaçan mən
Üzündə təbəssüm keçən sən idin....
Səni arzulayıb səndən qaçan mən
Məni "təsadüfən görən" sən idin...

Bəlkə təsadüfü adiləşdirib
Zərurət eləyən Sən imişsənmiş.....
Bəlkə Sən qəlbimi duyub, hiss edib
Məndən bir qığılcım gözləyirsənmiş...

Beləcə qovladı günlər ayları
Günlərin 1 günü....səni görmədim
İçimdə basdırdım mən sualları
Səninçün kim idim bilə bilmədim....
Mənimçün kim idin bilə bilmədim

19.06.08



Gizlət məni ürəyində


Yasaq eşqlər silsiləsindən


Həyatında yerim yoxdu,
Varlığım qəlbinə oxdu,
Qorxma, canım, gözüm toxdu,
Gizlət məni ürəyində....

Telefonda başqa "ad"am,
El içində sənə yadam,
Ətrafın dolu pis adam
Gizlət məni ürəyində..

Qoru məni bədniyyətdən,
Şər-xatadan, xəyanətdən,
Pis ağızdan, həqarətdən
Gizlət məni ürəyində..

Bağlı sandıq olub sinəm,
İmkan yox danışam, dinəm,
Mən sənin yasaq eşqinəm,
Gizlət məni ürəyində..

30.06.08



Öpmək mümkün olsaydı opərdim ürəyini

Bilirsən nələr keçir bu andaca könlümdən?
Tanrı əsirgəməyib gözəllikləri səndən
Hisslərim sözə dönüb süzüləcək dilimdən
Öpmək mümkün olsaydı opərdim ürəyini

Baxıram gül üzünə nur saçılır elə bil
Ilahinin nəqşidi.o adi rəssam deyil
Toxunmağa cürətim çatmaz, gülüm, bunu bil!
Öpmək mümkün olsaydı opərdim ürəyini

Qəlbinin gözəlliyi simanda əksin tapır
Ruhunun incəliyi baxışlarından axır
Üzündə Günəşmi var, belə yandırıb yaxır?
Öpmək mümkün olsaydı opərdim ürəyini

Ağlasan da qəlbində, yenə üzə gülürsən
Nə ədavət saxlaya, nə də qisas bilirsən,
Gözündən axan yaşı tez üzündən silirsən
Öpmək mümkün olsaydı opərdim ürəyini

Saxtalıqdan uzaqsan. Sən - Tanrının nur payı
Gözəl cəhətlərinin varmı hesabı-sayı?
Dostluqda,sədaqətdə yoxdur cisminin tayı
Öpmək mümkün olsaydı opərdim ürəyini

Pis niyyət insanlardan daim uzaq gəzirsən
Yalan danışanları o andaca sezirsən
Zəifləri əzəni sən də sözlə əzirsən
Öpmək mümkün olsaydı opərdim ürəyini

Paxıllıq sənə yaddır ey gözümün işığı,
Səndəki bu qaməti, səndəki yaraşığı,
Qısqanana nə deyim , ay gözəllik aşığı?
Öpmək mümkün olsaydı opərdim ürəyini

Gözlərindən öpərsəm, ayrılıq gətirməz ki?
Yanağından öpsəydim dünya gülərdi sanki
Dodağından öpmürəm,başa düşülməz çünki!
Öpmək mümkün olsaydı opərdim ürəyini

17.10.06



Səni düşünməmək üçün....

Səni düşünməmək üçün
Başımı nələrlə qatım?
Səni düşünməmək üçün
Hansı yola mən əl atım?

Necə öldürüm zamanı?
Necə aldadım özümü?
Yollarında izin hanı?
Necə ovudum gözümü?

Səni düşünməmək üçün
Hansı küçədən keçim ki?
Səni düşünməmək üçün
Hansı üsulu seçim ki?

Hara baxsam orda varsan
Röyadasan, aşkardasan....
Hardan qaçsam orda varsan
Röyamısan , aşkarmısan?

Güzgüdəki əksimdəsən
Oturmusan gözlərimdə
Güzgüdəki mənəm ya sən?
Yanılıbmış gözlərim də.....

Qarşımdakı söhbət edən
Başqasıdı yoxsa sənsən?
Xəyalın - məni incidən.......
Xəyalın-inciyən, küsən......

Çaşıb çəkirəm adını
Tez də düzəldirəm səhvi
Çaşıb duyduğum adınmı?
Eşitdiyim isim səhvmi?

Qulağımmı səhv eşidir
Gözlərimmi görmür daha?
Gözümə kölgə görünür?
Xəstəyəm başdan ayağa?


Nədi məni düşündürən?
Nədi səni xatırladan?
Gərək "işə xitam verəm")))))))
Həkimlik işim olmadan........

Səni düşünmək nə üçün
Pozur həyat düzənimi?
Səni düşünməmək üçün
Mən bu şəhərdən köçümmü?

02.07.08



AĞRI

Kim dedi ki ağrıların dili yox.....
Dinən ağrı gorməmisən sən hələ!
Ağrıların ayagı yox -əli yox........
Gəzən ağrı gormüsənmi heç belə?

Yüyürübmü dərdin səndən qabağa?
Qışqırıbmı könlün haray çəkərək?
Şərə düşüb - düşmüsənmi qınağa?
Haqq sözünü udmusanmı de görək?

Haqlı ikən haqsız çıxarılanda
Susmusanmı-dinmisənmi söylə bir.
Dilin susub, vücudun sarsılanda
Agrılar da dilə gəlir birbəbir

Küt ağrının eşitmisən səsini?
Xəncər kimi kəsən ağrı duymusan?
Kiçik ağrı incidibmi heç səni?
Böyük ağrı küsdürübmü həyatdan?

Hec didibmi shubhə səni daxildən?
Hec yanıbmı- qovrulubmu ürəyin?
Sızlamayıb qəlbin heç vaxt deyəsən
Közərməyib acılar icin-icin

Kül edibmi səni görən həsrətin?
Darıxmaqdan solub-saralmısanmı?
Bilirsənmi ağrısını itkinin?
Gülə-gülə qəlbən ağlamısanmı?

Yaxşılığı ər adamdan gözləyib
Yamanlığı yamanlara etdinmi?
Yaxşılara yaman deyən əcayib
yamanlardan üz çöndərib getdinmi?

Zaman haçan heç keçməyir-bilirsən?
Saat haçan donur, düşünmüsənmi?
Xəstəxana qapısında gözləyən
O qohumlar səninmi? özgəsimi?

Sənindisə ağrı sənə doğmadı,
Özgəsinin ağrısı da yad olur,
Məhrəm ağrı zülüm-zülüm ağladır,
Yad ağrının möhnəti yada qalır.

Ağrı var ki, səsi çıxmır, dinməyir,
Ağrı da var, hay-küy ilə çoxalır.
Ağrı var ki, əziyyətdən inləyir,
Ağrı da var yavaş-yavaş yox olur.

Arzuların bir-bir boşa çıxanda
Vaxtaşırı пїЅsıfırпїЅ dan başladınmı?
Ağrı dönüb gözlərindən axanda
Nifrətini hədəfə tuşladınmı?

Puça dönən ümidlərdən bezərək
Zaman-zaman dizlərinə döydünmü?
Az qala hamıya kin bəsləyərək
Ruhdan düşüb taleyini söydünmü ?

Ağrıların rəngi olur cürbəcür
Ağ ağrının əzabı da ağırdı
Sarı ağrı sanki ölüm gətirir
Yaşıl ağrı acı zəhər dadıydı ............

Ağrıların duya bildin hansını?
De hansına edə bilmisən kömək?
Sən bilsəydin böhtanın yanğısını
Bilərdin ki qara ağrı nə demək.....

Ağrılardan süzülərək ömrümüz
Safa çıxır mənəviyyat dünyamız
Ağrılarla yaşayırıq bu gün biz
Ağrılara dost olmuşuq hamımız.

Kim dedi ki ağrıların dili yox
Növü də var, rəngi də var ağrının
Ağrıların ayagı yox -əli yox........
Yolu da var, səmti də var ağrının.

O ürəyin ağrısıdı, ömrü az,
Bir həmlədə bitirəcək sonunu
Bu gün qələm əlindəsə, bacar, yaz,
Sabah ağrı qaraldacaq qanını...

01.03.08

 

Çiçəksiz пїЅsevgililər günüпїЅ- İlhamə Müzəffərqızı
11 fevral 2010
GO BACK