Məni sev ki...
Məni sev ki, sevgilim, bu dünya dönər bir gün,
Daşları göyə qalxıb, başıma çönər bir gün.
Ömrümün gənc yaşında taleyim sönər bir gün,
Qorxuram lap sonunda, bu sevgim ölər bir gün.
Məni sev ki, sevgilim, bu ömrə yox etibar,
Bir də gördün bir anda necə oldum tari- mar.
Hər anın , hər saatın quluna çevrilmişəm,
Könlümün özəl yerin bu sevgimə vermişəm...
Məni sev ki, sevgilim, arxamca gülməsinlər,
Bir aşiqin sevgisi xəstə eylədi onu.
Xəyalımız qovuşsun, sonra qoy deməsinlər,
-Çox sevdi... sevilmədi... yəqin, bəyənilmədi...
Sevgilim sev ki, məni, mən də ümman bağlayım,
Qəlbimin lap içində sənə güman bağlayım.
Sevsən əgər , sən məni, özümü unudaram,
Neyləyim ki, tək sənin sevginin uğrundayam...
Məni sev ki, sevgilim, mən də həyatı sevim,
Axı sevginlə həyat , şirindir, daha şirin.
Qırıq düşüncələrim, mənim sevgi əsərim,
Gerçəyə ümidim yox, xəyalıma gərəyim..
Səfərim sıxır məni...
Uzun bir səfərdəyəm,
Yolları sıxır məni.
Bir yamanca dərddəyəm,
Kədəri yıxır məni.
Gedirəm səksəkəli,
Bilmirəm , nə təlaşdır.
Qorxuram yıxılaram,
Yoxsa yolum, dolaşdı ???
Yox... gedirəm səssizcə,
Yıxılsam da , kimə nə?
Lap yıxılsam indicə,
Kim deməz ki, mənə nə ?
Səfərim sıxır məni,
Allahım, bu necə yol ?
Sevirəm bircə səni,
Yolumda köməyim ol...
(Pərvanə Alxaslı)