Qadin.NET / Səndən sonra

Səndən sonra

 

 

Əvvəlimi bilirsən, əzizim, 
yaxın gəl, sənə axırımı danışım:
Səndən sonra 
saçının hörükləri kimi dolam-dolaşıq həyatda
yaşamaq asan olmadı, olmadı
başqalaşdım başqalaşdıqca
məndə özümdən əsər-əlamət qalmadı, qalmadı...

Ata bilmədimsə içimdən dünya məhəbbətini
ilişdimsə, qaldımsa
alçaldıqca alçaldımsa...

Qınama məni - yenə bilmədimsə həsrətini;
axı nə edəydim
mən əliyalın
o yaraqlı...

 

Səndən sonra

 

Və uzun kipriklərindən sallanan göz yaşların kimiyəm indi
bir toxunuşa bənddi düşüşüm
bir hıçqırtına bağlı...

Artıq sözlərim səni ağlatmırsa,
səsim ürəyinə yatmırsa...
ehhh...
...əlim əlinə çatmırsa
nə fərqi var - sən uzaqdasan, yoxsa mən?

Sən ədalət kimiydin, sevgilim
axtarıb tapa bilmədiyim...

Allah sevdiyi bəndəsinə çətin həyat yaşadırsa,
bəndə də mısmırığını sallayıb Allahına daş atırsa
bəlkə biz qarışmayaq...?

 

Səndən sonra

 

Belə umu-küsülərə get-gedə alışacaqlar, alışacaqlar
biz araqatanlıq etməsək, onlar 
barışacaqlar, barışacaqlar...

Sənsə bircə bunu bil, get, ay ürəyimin dərdi:
bir həsrət var, 
illərdi
dodaqlarının küncündə gizli...

Men olduqum yerde
gunesh behane etmirdi shuasinin altında
ve ishıqının komeyi ile edilen cinayetleri
yene de doqurdu
her sabah doqurdu...

Qaya chekilmirdi yerinden
dalqalar bir muddet sinesini doyecleyib
geri chekildi deye.

dikilirdi yerinde
yerinde dikilirdi...

Ve men baxirdim
bir ushaq inad edirdi senin kimi
anasinin israrina reqmen
gozunu yummurdu sularda batanda

yeqin hele bilmirdi
suyun aydinliq olduqunu...

indi ise bu sonu gorunmeyen uzaqlara
baxa-baxa dusunurem
goresen ezizim
denizmi baliqlaqrdan almish qoxusunu
baliqlarmi denizden?...

heyat belke de
sadece bu sualin cavabini bilmekdir...

İlqar Kamil

12 oktyabr 2015
GO BACK