Səadəti duymaz oldum,
Qəmi yerə qoymaz oldum,
Mən ki ondan doymaz oldum,
Torpaq, qaytar atamı!
Dərdim içimdə boğular,
Gülər halıma yağılar,
Demə bir daha doğular,
Torpaq, qaytar atamı!
Qismətimə düşüb sitəm,
Qəlbim parçalanır dərddən,
Atamı istərəm səndən,
Torpaq, qaytar atamı!
Torpaq, qaytar atamı!
Müəllif: Afət