Qadin.NET / Dumanlar kəsdi

Dumanlar kəsdi

 

Dumanlar kəsdi

 

Cığırlar

Yollardan cığırlar ayrılır,

Cığırlar yollardan sıyrılır.

Yollardan cığırlar-

od alıb gedirlər.

Haradasa zəncir tək

qırılıb-tökülər cığırlar,

Haradasa divar tək

köhnəlib sökülər cığırlar.

Düzləri keçərək, dağlara dırmaşar

cığırlar,

Kolları biçərək

dağlara sarmaşar cığırlar.

İstidə büzüşüb donarlar,

Şaxtada alışıb yanarlar

cığırlar.

Büdrəyər, yıxılar,

Bəzən də, bir kibrit çöpü tək

alışıb sönərlər;

cığırlar yollardan ayrılıb

özləri yollara dönərlər...

 

Dumanlar kəsdi

 

 

Düşüncələr

Gecə doğulanda gələn ay olur,

Zülməti sonradan əridir, axır.

Bir dəfə olsa da xoş gün pay olur,

Hər kəsə ömründə ya əvvəl, axır.

 

Zirvə qarşısını dumandı kəsən,

Qəfil görünəntək, qəfil itəndir.

Ayaqlar altında qalan zəmisə,

Sonda bərəkətdi, çörəkdi, dəndir.

 

Dumanlar kəsdi

 

 

Dumanlar kəsdi

Ömrüm əzizlənə, ömrüm bəzənə,

Xırda duyğulardan hey qaçmışam mən.

Ruhum sığışmadı bu yer üzünə,

İndi də göylərə əl açmışam mən,

Əlimi uzatdım zirvəyə sarı,

Onun da qarşısın dumandır kəsən.

 

 

Doldum bulud kimi, necə dolmayım,

Duysam duyğuların titrəkliyini.

İnsan ümmanında mən tənha gəmi,

Üzdüm boğulmadan qəm çaylarında.

Məğrur addımladım qəhrəman kimi,

Tufan güc gəlib, fırtına haqlayanda.

Müəllif: İlham Abduyev

2 sentyabr 2015
GO BACK