Qadin.NET / Ananın əvəzi yoxdu bu dünyada

Ananın əvəzi yoxdu bu dünyada

Ananın əvəzi yoxdu bu dünyada

 

Ananın əvəzi yoxdu bu dünyada

İncitmə anamı Allah eşqinə

Ananın əvəzi yoxdu bu dünyada

Onun övladıdır oğul da, qız da

Çəkdiyi zəhməti salınız yada

Ananin əvəzi yoxdu bu dünyada.

*****

Ürəklərimizin sevincidir Ana hər birimizin

Ürəklərin sevincidir, Ana hər kəsin

Can balam can!

Deyibdi səsimiz çıxanda və ya yıxılanda,

Toxunma qəlbimə aşkar küsməsin,

Qoy xələl qəlməsin bu müqəddəs Ana adına,

Ananin əvəzi yoxdu bu dünyada!

Yaranan baş əyir onun qarşısında, önündə,

Min əhəng canlanir Ana deyəndə,

Qoçalıq qəddini büküb əyəndə,

İstəyər ömrünü verməsin bada,

Ananın əvəzi yoxdu bu dünyada!

*****

 Çox arzular var bu müdrük yaşında,

Ana laylasını beşik başında,

Axtarıb taparsan məzar daşında,

Ananın ətrini almazsan ki, sən bu qara daşdan,

İndi qara daşa baxıb kədərlənməyin nə faydası?

Ananın əvəzini heç nə, nə də heç bir varlıq verə bilməz bizə.

Ananın qədrini və qiymətini vaxtında bilmək və dəyərləndirmək lazimdir.

Ananın əvəzi yoxdu bu dünyada!

Anaların əvəzi yoxdu bu dünyada!

Ey insanlar Anaların əvəzi yoxdu bu fani dünyada!

Ananın dəyərini bilin sağliğinda!

Ananın əvəzi yoxdu bu dünyada!

H. Abdulla

 

Bir Ana laylası istəyirəm mən

Sönüb sən gedəli mənim eşqim, həvəsim,

Gəlmir gulağıma neçə vaxtdır sənin səsin.

Duyulmur mənim evimdə sənin isti nəfəsin,

Bizi tənha goyub vaxtsız vədəsiz gedən,

Anam, Anam, ay Anam mənim.

Ananın əvəzi yoxdu bu dünyada

 

Bir Ana laylası istəyirəm mən.

Sən idin dərdimi özümdən duyan,

Sən idin öz ömrünü bizlərə gıyan,

Oyan sənə qurban olum, ay Ana, oyan.

Qayğisız illərə dönüm yenidən mən,

 ***** 

Bir Ana laylası istəyirəm mən.

Min həkim yiğila min loğman gələ,

Çarə edə bilməz sınıq və qırıq könlümə mənim,

Bizi yetim qoydun sən bilə-bilə,

Kövrəlir uşaqtək qəlbim yenidən,

Hardasan, hardasan, hardasan, ay mənim gözəl, göycək Anam.

 

Mehriban, mehriban danişan gülən,

Mənim üzü nurlu və gülərüz Anam!

Bir Ana laylası istəyirəm mən.

Nə olar bir başını qaldır, ay Ana,

Bir anlıq çavab ver şair oğluna,

Qəlbimdə intizar saçlarimda dən,

Ağlayan könlümü ovuda bilən,

Bir Ana laylası istəyirəm mən.

Mən sənin körpə balanam, ay Ana,

 Amma sənin dərdini çəkməkdən, mən də olmuşam xəstə,

Solub çiçəklərin sənin məzarin üstə,

Nə olar ay Ana, alginən mənim başımı öz dizlərinin üstə?

Körpə quzumsan deyərdin mənə,

Körpə balam deyə yenə əzizlə, istə məni hərdən,

Nə olar ay Ana, axı sənin gözlərində və dilində körpə balayam axı mən hələ də?

Sən mənim döyünən ürəyimin şax damarı idin başımin taçı idin

Sən mənim evimin işiği idin və mənim min bərəkətim idin, var dövlətimiydin.

Niyə məni belə günə saldın, ay Ana?

Bir gün məni yetim goydun qetdin, ay Ana.

Istər mənim əlli,  və ya yuz yaşım ola idi.

Amma, mən yenə də, bir Ana laylası istəyərdim.

Vaxtsız ölüm kəsdi yolumu, çıxdı  mənim qarşıma.

Ay Ana,  indi mən həmişəlik  sənin yanındayam.

Allah heç kimə vaxtsız ölüm yazmasın.

Neçə ki şair oğlü şair Dilqəm Səməd oğluna yazdı, bu vaxtsiz ölümü.

Dilqəm Səməd oğlu

Ananın əvəzi yoxdu bu dünyada

 Anamı axtarıram

Özümü vurub yerə-göyə,

Mən anamı axtarıram.

Mənim anam deyə-deyə,

Mən anamı axtarıram.

Azalıb ömür günlərim,

Çoxalıbdı dərdim-sərim,

Dolubdu sinə dəftərim,

Mən anamı axtarıram.

Əlini qoysun başıma,

Sığal çəksin göz-qaşıma,

Xəbər verin qardaşıma,

Mən anamı axtarıram.

Ay Əsli, olubsan nənə,

Ana axtarırsan yenə,

Tasdıqladım dönə-dönə,

Mən anamı axtarıram.

Dilqəm Səməd oğlu

1 sentyabr 2015
GO BACK