Qadin.NET / Əziz Nəsrindən gözəl sözlər

Əziz Nəsrindən gözəl sözlər

 

Əziz Nəsrindən gözəl sözlər

 

Çox sevdiyim qələm sahiblərindən biri olan Əziz Nəsinin ən çox sevdiyim sətirlərini Azərbaycan dilinə tərcümə edərək, sizə təqdim edirəm…

Bilirsən, günahları yazan mələk soldadır. Hətta bundadır qəlbin solda olması. Çünki bəlkə də sevgi, yaşanılan ən böyük günahdır!

Üşümək varsa, bu istinin yoxluğudur, qaranlıq varsa, bu işığın yoxluğudur. Əgər hər yer qaranlıqdırsa və sən üşüyürsənsə, bax bu O`nun yoxluğudur.

Bəzən insan elə darıxır ki… Darıxılan bilsə, yoxluğundan utanar!

Bilirsən, bir kişinin göz yaşları elə-belə axmaz; amma əgər kişi ağlıyırsa, gözyaşları əsla saxta olmaz!

Mənə toxunmayan ilan min yaşasın, deyərək yaşatdığınız ilanların növbəti hədəfi siz olacaqsınız!

Xəyalım; balaca bir uşağa “nə qədər sevirsən” dedikdə, iki əlini yana açıb “baax bu qədər” deyərkən olan o məsum sevgini tapmaq idi.

Köhnəsi olmayanın, yenisi də olmaz!

Tənhalığını al, gəl! Qorxma, darıxmarıq. Sənin tənhalığın, mənim tənhalığımla danışarlar, biz ikimiz susarıq!

İnsan sadəcə dediklərinə görə deyil, susduqlarına görə də məsuliyyət daşıyır.

Eyni kağızın arxa və ön üzləri kimiyik. Sonsuza qədər bərabər; amma heç vaxt bir-birlərini görməyən.

Tənbəllərin iş günü – sabahdır!

Bəlkə bərk-bərk sarıla biləcəyimiz bir sevgilimiz olmadı, bəlkə tənhayıq; amma bil ki, adam kimi sevdiyimizdəndir tənhalığımız!

Xəritələrə baxdım, heç birində evin yoxdur. Ensiklopediyalara baxdım, heç birində şəklin yoxdur. Lüğətlərə baxdım, heç birində adın yoxdur.Güzgüdə özümə baxdım, səni gördüm. Məndən başqa yerin yoxdur!

 

Əziz Nəsrindən gözəl sözlər

 

 

Hər gedən gözəlləşir. Gedirəm gözəlləşmək üçün. Unudulsun deyə çirkinliklərim

Yaşamın ən çətin tərəfin, gözləməkdir. Heç birimiz doğulmağı gözləmirdik. Doğulduğumuzdan bəri gözlədiyimiz – Ölmək!

Söz verdiyimiz yerdə görüşdük,

Söz verdiyimiz zamanda deyil.

Mən iyirmi il qabaq gəlib gözlədim

sən iyirmi il gec

mən səni gözləməkdən yaşlıyam

sənsə gözlətdiyin üçün gənc

Eşidirsən susqunluğumu, necə hayqırır?

Susaraq sevgisini elan edən çoxları var sevgilim…

Özümdən çox nigaranam,

Başıma bir şey gəlib?

Ölmüşəm, ya qalmışam,

Heçbir xəbərim yoxdur özümdən.

Bütün misralar Əziz Nəsin (Aziz Nesin)-ə məxsusdur.

Türk dilindən Fərid Hacıyev tərcümə etmişdir.

19 avqust 2015
GO BACK