Qadin.NET / Ağ saçlar

Ağ saçlar

Ağ saçlar

Ağ saçlar

Əzəmətli bir binanın qarşısından hər keçəndə

Dayanıram... Gizli bir hal doğur məndə.

Bu binanın duruşunda nə hikmət var!

Çoxdur onun qarşısında məntək ayaq saxlayanlar...

 

O, məktəbdir. O, anadır, o, şüurlar çırağıdır,

Dünyaları dəyişdirən pak əməllər ocağıdır.

Hər daşında, kərpicində mənim min bir xatirəm var,

Bunu ancaq duya bilər bu hiss ilə yaşayanlar.

 

Bayaqdandır heykəl kimi dayanmışam öz yerimdə,

O qayğısız uşaqlığım gəlib durur gözlərimdə,

Bir zamanlar oxuduğum sinfə baxır, baxıram mən,

Xatirələr baş qaldırır ürəyimdə...

 

Ah bu sinif! Mənim kimi neçəsinə həmdəm olmuş,

Hər bucağı yadımdadır, kim deyir ki, unudulmuş?!

O lövhənin qarşısında dayanaraq aram-aram 

Azmı əzbər şeir deyib öz-özümdən xoşlanmağım?!

"Ay havada uçan durna, bizi qoyub qaçan durna..."

İndi belə, bir ayrılıq məqamında inləyərək 

Cingildəyir qulağımda bu misralar musiqitək...

 

Kimsə bu dəm boylanaraq baxır açıq pəncərədən,

Tanıyıram onu, dostlar, o ağsaçlı qadını mən.

Baxıb məchul bir nöqtəyə xəyalamı o dalmışdır?

Ah, o mənim müəllimim, nə qədərdə qocalmışdır!

 

O ki onda cavan idi. Lakin yenə o cavanlıq 

İtməmişdir. Gəlin, dostlar, biz düşünək bircə anlıq

Onun əziz cavanlığı yoxdursa da bu gün onda

O yaşayır mənim kimi yüz cavanın kamalında.

 

Mən qanadsız bir quş idim, açdı mənim qanadımı,

Yazmağıda o öyrətdi mənə, dostlar, öz adımı.

Ona "bir az dincəl" deyə yanaşanda, unutmaram 

O, həmişə bu sözləri pıçıldardı aram-aram:

"Hər bağbanın öz əkdiyi ağacından yediyi bar

Ona bütün zəhmətinin acısını unutdurar".

 

O ağarmış saçlardakı qüdsiyyətin mənası var,

O yazdıqca əlindəki tabaşirdən qopan tozlar

Ağartmışdır saçlarını... Sanki onlar qarlı qışdır...

Xeyr, mənim ağ günümçün onun saçı ağarmışdır.

Bu haqq işə getmiş onun ömrünün də cavan çağı,

Şərəflidir el yolunda qara saçın ağarmağı!

Müəllif: Bəxtiyar Vahabzadə

Ağ saçlar

Zəhra üçün:

İrəli qoş, irəli

Ey mənim gözəl qızım.

Qalma həyatdan geri,

Oxu mükəmməl, qızım.

 

Uca dağlardan atlan, 

Hər çətinliyə qatlan.

Bir quş kimi qanadlan,

Göylərə yüksəl, qızım.

 

Mehriban ol insana,

Bir yuxarı baxsana,

Göydə günəş, ay sana

Eyləyir "gəl, gəl" qızım.

Müəllif: Mikayıl Müşfiq

22 iyul 2015
GO BACK