Ayrılığın acısıyla yandı qəlbim külə döndü.
Zaman sanki ölüm oldu qəlbimin nuru da söndü.
Ahım tutdu yeri göyü qəlbin bunu heç duymadı,
Həyat oldu bir cəhənnəm bu baharım qışa döndü.
Mən çovğunda qalan zaman bahar aldı o qəlbini,.
Məndə güllər solan zaman o həyatın gülə döndü
Mən od tutub yanan zaman sən cənnətə qonaq oldun,
Mənim qəlbim sənsiz, sənin xəyalınla susub dindi
Sən xosbəxtlik qapısından keçdin yeni bir həyata,
De mənsiz sən xoşbəxtmisən soylə sən necəsən indi?
Söylə mənim yerimi kim aldı sənin həyatında
Söylə mələk dediyin o yazıq, bədbəxt axı kimdi?
Müəllif: nugya-89