Qadin.NET / İlk məhəbbət

İlk məhəbbət

İlk məhəbbət

Məskəni olduğu qəlb tək,

İlk məhəbbət kövrək olur.

Qəlbə dolur şirin mey tək,

Bəzən qönçə kimi solur...

 

İlk məhəbbət həzin olur,

Qəlboxşayan nəğmələr tək.

Gözəlləşdirir bir anda,

Həyatı tər çiçəklər tək.

 

İnsan yavaş-yavaş anır,

Nə deməkdir eşq, nədir istək!

Nədir ülvi, saf məhəbbət,

Nədir tükənməz səadət!

Olaydım

Bilirəm, dənizi çox sevirsən sən,

Kaş, mavi ətəkli dəniz olaydım.

Hər dəfə sahilə seyrə çixanda,

Səni dalğalarımla qucaqlayaydım!


Bilirəm, günəşi çox sevirsən sən,

Kaş qızıl hörüklü günəş olaydım.

Zülmət gecələri sənin xətrinə,

İşıqlı səhər tək, nurlandıraydım!


Bilirəm, çiçəkləri də çox sevirsən,

Kaş sevdiyin o gözəl, xoş çiçəklərin,

Ləçəyi olaydım, ətri olaydım!

Hər dəfə onları qoxlayanda sən,

Qəlbinin içinə səssiz dolaydım.

Gülləri, çiçəyi sevən şəhzadəm,

Mən sənin başının tacı olaydım.

Qismətin, vəfalı yarın olaydım!

Qəlbimdəsən

Mən günəşəm, sənsə mənim şəfəqimsən,

Mən səmayam, sənsə mənim göy rəngimsən,

Mən göz yaşı, sənsə mənim sevincimsən,

Ona görə sən həmişə mənimləsən,

Ona görə sən həmişə qəlbimdəsən.

Qızılgüləm, sənsə mənim bülbülümsən.

Gur avazam, sənsə mənim səs telimsən.

Yanan şamam, sənsə mənim pərvanəmsən,

Ona görə sən həmişə mənimləsən.

Ona görə sən həmişə qəlbimdəsən.

Mən kədərəm, sənsə məni sevindirən,

Mən dərdliyəm, sənsə məni ovunduran,

Mən xəstəyəm, sənsə mənə şəfa verən,

Ona görə sən həmişə mənimləsən.

Ona görə sən həmişə qəlbimdəsən.

Mən ürəyəm, sənsə mənim döyüntümsən,

Mən vurulmuşam, sənsə mənim aşiqimsən,

Mən taleyin, sənsə mənim qismətimsən,

Ona görə sən həmişə mənimləsən.

Ona görə sən həmişə qəlbimdəsən.

Müəllif: Günel Malıyeva

25 may 2015
GO BACK