Qadin.NET / Sevgi-qəfil itirdiyim

Sevgi-qəfil itirdiyim

 

 

Gecə-ömrümün yarısı

Yağış-dərdimin parası

Payız-kədərimi geyən

Qış-qapını qəfil döyən

Ulduz-əlçatmaz arzumdu,

Şer-oğlumdur,qızımdır

Sirdaş-qəlbə yuva salan

Övlad-məndən mənə qalan

Sevgi-qəfil itirdiyim

Ömür-başa yetirdiyim

Arzu-uzaqda qalanmış

Vüsal-sen demə yalanmış

Dost-hərdən xəyanət edən

Gənclik-məni atıb gedən

Dünya-yaşamaq həvəsi

Həsrət-ömrümün son nəfəsi

Ölüm- başıma fırlanan

Anam-hər dərdimə yanan

Cənnət-toxunulmaz nəfəs

Bədən-ruhumuza qəfəs

Nəğmə-könül pıçıltısı

Söz-ürəyin çırpıntısı.....

 

14 iyun 2011
GO BACK