Qadin.NET / Bu gecə...

Bu gecə...

 

Bu gecə...

 

Bu gecə...

Dərin-dərin uçurumlar, vərəmli fırtınalar,
Bütün-bütün sıqıb əzməkdə ruhumu bu gecə.
Səninlə, ah, sənin yadi-həsrətinlə yanar,
Yanar, səni anarım, dilbərim! Fəqət səncə,
Bu bir həyati-müxəyyəl, həzin bir əyləncə...

Gözəl mələk! Gecələr daima səmayə baqar,
Qəmərdən, ah... o soluq çöhrədən səni sorarım.
Onun ziyayi-rəqiqilə həp uçar, qalqar,
Arar, bulur, səni dinlər kədərli duyğularım,
Kəsik təranələrim, həp zəhərli qayğularım.

Bütün cahan uyuyor, kainat həp dalğın...
Məgər xəyali-bəidinlə ruhi-məcruhum,
Qəmərdə birləşərək pək acıqlı, pək çılğın
Bir iştiyaq ilə giryandır, ey mənim ruhum!

Sizin üfüqdə qəmər böylə, pəkmi nazlı doğar?
Nədən cəbini-lətifin səhabəpuşi-hicab!?
Hirəmi-nazinə pərvaz edən şüai-nəzər
Qalır zülami-təhəyyürdə münkəsir, bitab...

 

Bu gecə...



 

Çəkinmə, gül! 

Çəkinmə, gül! O lətif, incə, nazlı qəhqəhələr
Simaxi-ruhumu öpdükcə məsti-zevq olurum.
Şaqır-şaqır ötüşündən, ey əndəlibi-səhər!
Bir etila duyarım, başqa bir səfa bulurum.

Nədən şəfəqli bulutcuqlar öylə çöhrəndə
Bir ehtizaz ilə nəşr eyləməkdə şəbnəmlər?
Günəş gülər, bulut ağlarsa, ey mələkxəndə,
Səmadə qevsi-qüzehlər saçar təbəssümlər.

Bütün bir ömrə bərabərdir öylə hər gülüşün,
Bilirmisin, gözəlim, ah, sən nə afətsin!?
Bu abü tab ilə bir mevceyi-lətafətsin.

Çəkinmə, gül! Ləbi-ləlin həyatı güldürsün;
Şu halə qarşı bütün bənliyim qalır məbhut,
Baq, iştə heykəli-camid qadar əsiri-sükut...

Hüseyn Cavid

3 may 2015
GO BACK