Bir ananın hekayəti!
Əzizinəm can ana,
Qəlbi dolu qan ana.
Övladın nankor çıxdı,
Dağılsın dövran, ana.
Uzanıb qibləyə bir qoca ana,
Zillətli ömrünü çatdırıb sona.
Düz iki aydır ki, o, ölə bilmir,
Hamıdan küsüb o, danışmır, dinmir.
Can verir, can verir, canı qurtarmır,
Əzrayıl canını almır ki, almır.
Ölmür, çünki yolda qalıb gözləri,
Ölmür, gözlərində donub sözləri,
Gözləyir o ana oğul yolunu,
12 ildir ki, görməyir onu.
Ana ölüm cəngində hey fikirləşir,
Yumur gözlərini, ancaq əlləşir
Səsi çıxmır, amma doğranır içi,
Cavabsız suallar onu bezdirir,
Ana xəyalında oğul gəzdirir.
Baxır ətrafına qızları görür,
İsməti, qeyrətli qızları görür.
Bir anlıq təbəssüm qonur üzünə,
Birdən kədər yenə hopur gözünə.
Hanı bəs, hanı bəs, hanı bəs oğlum?!
Mən axı ölürəm, gəlmir bəs oğlum?!
Onu əziz-xələf böyütdüm, fəqət,
Bəhrəsin görmədim, bu boyda nifrət
Nədən qaynaqlanır onun içində,
Artıq soyuq külən odun içində.
Artıq köçürəm bu fani dünyadan,
Axı günahım nəydi, uca Yaradan?!
Böyütdüm naz-nemət içində onu,
Budurmu yuxusuz gecəmin sonu?!
O aclıq dövründə özüm ac qaldım,
Sonuncu tikəmi ağzına saldım,
Oxutdum əzabla, sənət də verdim,
Heç nədən qoy korluq çəkməsin, dedim.
Bəs niyə axırda özüm kor oldum,
Mən oğul dağıyla yanıb qovruldum,
Toyun da çaldırdım, min bir həvəslə,
Mən oğul böyütdüm, böyük həvəslə!
Nəvələr gəlincə bu xoş dünyaya,
Nəvə gülüşüylə ucaldım aya!
Bilmədim oğulmu şirin, ya nəvə,
"Dövlətdə dəvədir, övladda nəvə".
Onları çox sevdim, çox sevdim, fəqət,
Ancaq dərd verdilər, qalmadı taqət.
Nədən sevilmədim? Mən unuduldum,
Özgə bir qapıda yuvamı qurdum.
Niyə ev-eşiyim ola-ola mən,
Özgə qapısında geyinirəm kəfən?!
Ana ölçür-biçir ötən günləri,
İçində zəhməti itən günləri.
Yenə də gözləri baxır qapıya,
Ana min yalvarış taxır qapıya
Düşünür ki, gəlsə bağışlayaram,
Lap qəbir evindən mən qayıdaram.
Bircə gəlib gəlib çıxsın, bu kor gözlərim,
Onu görsə əgər açılar yəqin.
Hər şeyi, hər şeyi mən unudaram,
Südüm "halal" deyib alqışlayaram.
Düşünür dərdli-dərdli, düşünür ana,
Beləcə ömrünü çatdırır sona.
Min bir sual verir özü özünə,
Dünya, əyrin nədir, dünya düzün nə?
Nə idi, nə idi axı günahım,
Oğluma çatmırmı naləli ahım?!
Ana gözü yolda yumur gözünü,
Rahat ölə bilmir, didir özünü.
Birdən gözlərinə oğlu görünür,
Ana can verərkən qəlbi döyünür.
Bir dünya təbəssüm qonur üzünə,
Baxır o, oğlunun həsrət üzünə,
Sonra gözlərini əbədi yumur,
Yumarkən gözündən göz yaşı damır.
O bir cüt göz yaşı nədir görəsən?!
Oğul böyütdün ki, həsrət deyəsən?!
Ana zəhmətini ödəyə bilməz,
Dağ boyda qızlı bir-bir ələsən!
Ananı unudan naxələf kəsin,
Dünyada cəzası nədir, görəsən?!
Allahım, oğul da atar ananı?!
Bir yadın qızına satar ananı?!
Oxucum, bil bunu unudulanlar,
Unuda bilmir unudanları!
Ananaı atanı unutmaq günah,
Bunu hər birimiz anlayaq gərək.
Valideyn haqqını itirənlərə,
Bu kiçik dastanım olsun bir örnək!
Müəllif: Günel Malıyeva