Qadin.NET / Təzad məhəbbət

Təzad məhəbbət

Təzad məhəbbət

Təzad məhəbbət

"Dodaqdan qəlbə" əsərindəki Kənanla Lamiyənin məhəbbətinə (Lamiyənin dilindən)

Sən hardandın, mən hardandım?

Dünya qədər təzad vardı aramızda...

Mən Günəşdim, sənsə Aydın,

Mən səhərdim, sənsə gecə,

Eşq dünyamızın təzadı

Eşqimizi bax gör necə verdi heçə...

Mən zirvələr başındakı bəyaz qardım,

Sən ətəkdə bülbül eşqin duymaz çiçək.

Mən Leyli tək bir vəfalı gözəl yardım,

Sənsə eşq yağışından islanmış bir ləçək.

Ürəyimiz də təzaddı...

Mənimki sevinc hissindən

Məhrum olmuş, dağlanmışdı,

Sənin qəlbin "kədərdən uzaq guşə" adlanmışdı,

Mənim qəlbim sadə idi, təmiz idi,

Sənin qəlbin təkcə sənə əziz idi...

Gözlərimiz də təzaddı...

Sənin gözün xoşbəxtlikdən dalğalanan mavi dəniz,

Mənim gözüm eşqinə əsir bir qul, kəniz...

Sənin sevincin dəryaydı,

Mənim sevincimsə axan kiçik çaydı...

Bu dünyanın eşq atəşində odlanan

Gözlərimiz də təzaddı başdan-başa...

Elə bil ki, gəlmiş idik başqa-başqa dünyalardan,

Sevgimiz ayrılmırdı qəm-kədərli röyalardan,

Bir-birimizə bu qədər uzaq ikən, bəs niyə səni sevirdim?!

Təzad eşqin atəşindən damla-damla əriyirdim, əriyirdim...

Günel Malıyeva

18 aprel 2015
GO BACK