Qadin.NET / Mən o deyiləm...

Mən o deyiləm...

Mən o deyiləm...

 

Mən o deyiləm..  

Mən o mən deyiləm..!

İnanmırsan bax geriyə...

Silmişəm bütün xatirələri...

Xəyanətlə vurduğun zərbələri...

Silmişəm adını, nömrəni...

Həsrətinlə danışdığım,

Yoxluğunla barışdığım,

Həm yanıb alışdığım o qəlbimi...

Gömmüşəm torpağa.

Vurduğun hər zərbədən yıxılmışam mən,

Əlimdən tutub da qaldıranım olmayıb.

Yenə də öz gücümlə qalxmışam mən..!

Çox büdrəmişəm bu sevgidə,

Yıxılmamışam..!

Ağlamaq istəyib də,

Ağlamamışam..!

Yazıqdır göz yaşıma dedim,

Nə üçün ağlayırlar dedim...

Yenə də gecənin zülməti örtdü,

Göz yaşlarımı, həsrətimi...

Gizlətdim onlardan bilməsinlər,

Acizliyimə gülməsinlər...

Birini özləyib də görməmək nədir bilməzlər,

Sevirəm desən də əhəmiyyət verməzlər.

Onlar bilməz qəlb yanğısını, nə acısını...

Yoxluğunu sən bilib, onunla ömür sürəcəm.

Bəlkə yaşadıqlarıma mən uzaqdan güləcəm,

Bəlkə də gizlicə göz yaşları tökəcəm...

Bitən bu nağılı danışacam körpələrə...

Məni qınayıb sən nə acizsən deyəcəklər,

Acizliyimin sevgimdən olduğunu bilməyəcəklər.

İndi isə möhkəm ol deyirsən...

Amma ayrılıq hər duyğudan güclüdü,

Sən bunu bilmirsən...

Əziz xanımlarımız mən də sizlərin gözəl yazılarınızı görüb bu şerlə ilk addımımı atmış oluram smile

25 mart 2011
GO BACK