Tanrım ,taleyimə yazılar yazdın,
Ağrısı, acısı dilə gəlməyir.
Mən qəmə dözdükcə sən qəm yüklədin.
Artıq qəm yükünə ürək dözməyir.
Mənə bir qələm ver, bir də ağ kağız,
Burax taleyimi özüm yazım.
Hər şey sənin olsun, vallah razıyam
Yalnız məhəbbətim qoy mənim olsun.
Məni sən yaratdın, tanrı quluyam,
Bir qara buludam, yağsam-doluyam.
Bilirəm, sənə bir ömür borcluyam
Əcəl gələnədək qoy mənim olsun.