Qadin.NET / "Bəlkə də bu axşam mən olmayacam"

"Bəlkə də bu axşam mən olmayacam"

 

"Bəlkə də bu axşam mən olmayacam"

 

Dedin ki, göz yaşı gətirdim sənə

Daha gözlərində nəm olmayacam

Nə olar bu gecə gəl mənimlə ol

Bəlkədə səhəri mən olmayacam.

 

Dedim danış mənlə dinləyim səni

Dedin incidərmi sevən sevəni

Bir də incitmərəm səni mən yəni

Üzünün kədəri mən olmayacam.

 

İnsan ölər, ruh tərk edər bədəni

Amma unutmaz ki, sevən sevəni

Gözləri hər yerdə gəzəndə məni 

Yox onun xəbəri mən olmayacam.

 

Mən səni sevmişdim dünyalar qədər

Olmazdı qəlbimdə qüssə qəm kədər

Daha yoxsan həyatım olubdu zəhər

Bəlkə bu axşam da mən olmayacam.

 

Sənsiz yaşayarmı bu tənha canım?

Sənsiz işləyərmi bədəndə qanım?

Axı yoxsan səni necə var sayım?

Sən olmayan yerdə mən olmayacam.

"Bəlkə də bu axşam mən olmayacam"

Deyirdin səninəm torpağın oldun

Bir gecə röyada gəldin yanıma

Ağladın sızladın keçdin qarşıma

Oyandım bir anlıq gəldi ağlıma

Deyirdin səninəm torpağın oldun.

 

Aylara illərə daha yox dözüm

Sənsizəm, tənhayam daha yox dözüm

Durmadın sözündə ay canım gözüm

Deyirdin səninəm torpağın oldun.

 

Ağacda saralan son yarpaqları

Külək aparar torpağa sarı

Olmayaydı insanların bu yalanları

Deyirdin səninəm torpağın oldun.

 

Kaş ölərdim daha yaşamazdım

Kaş ölərdim daha ağlamazdım

Kaş ölərdim sənə inanmazdım

Deyirdin səninəm torpağın oldun.

 

Çoxdandır gəlmirsən daha yuxuma

Bəlkə yazığın gəlir mənim bu halıma

Yalvarıram cavab ver bu sualıma

Bəs deyirdin səninəm?Torpağın oldun.

"Bəlkə də bu axşam mən olmayacam"
Müəllif : Şahin İsmayılov
21 dekabr 2014
GO BACK