Köhnə sevgilimdən məktub
Dünən telefonuma bir mesaj gəldi,
Gecənin bu vaxtı kimdi, görəsən?
Açdım, oxudum ki, köhnə sevgilim
Darıxıb və yazıb salam, necəsən?
İstədim əvvəlcə cavab yazmayım.
Sonra düşündüm ki, yox nəyə lazım?
Axı mən də onun üçün çox darıxmışam,
Yaxşısı budur ki, tez cavab yazım.
Yazdım ki, yaxşıyam, bəs sən necəsən?
Demək silməmisən nömrəmi hələ.
Ən az 5 ildir ki, görüşmürük biz,
Nə əcəb yadına düşmüşəm belə?
Yazdı, düz deyirsən, ancaq nə bilim,
Oluram sənin üçün hər gün narahat.
Səninlə xoşbəxtdim indi mənimçün
Sənsiz itiribdi mənasın həyat.
Birgə yaşadığımız gözəl anları
O necə unutsun, zarafat deyil.
Bir sevgi nağılı yaşamışdıq biz,
Müddəti nə az nə çox... bir il.
Eyniydi zövqümüz, xasiyyətimiz,
Ortaq dostumuz da çoxdu üstəlik.
Təsadüf deyil ki, elə onunla
Sevgili olmazdan öncə dost idik.
Mən ki, ayrılmağı istəməmişdim,
Ayrılaq kəlməsin deyəndə birdən.
Belə danışmağa da, məncə, yox haqqı
Tərk edən o idi, tərk edilən mən.
Halbuki, təzədən başlayaq desəm,
Heç nə soruşmadan hə deyər mənə.
Yenə alınmasa, yenə ayrılsaq,
Bəs onda dost-tanış nə deyər mənə?
Sevgimi göndərdim göydə buluda
Yağan yağışlarda sanasan onu
Elə bil su tökdun bu yanan oda
İndi gəl külünü təmizlə bunun
Sevgimi göndərdim gülə çiçəyə
Qoxlayıb qəlbində duyasan məni
Gərək ki yenidən əkib becərə
Açan qönçələrdə dərəsən məni
Sevgimi göndərdim günəşə aya
Aylı gecələrdə görəsən məni
Qəlbini sevgimlə rəngarəng boya
Bu son nəfəsimədək sevəcəm səni