Sayammadım
Tanrı qələmindən çıxan naxışı
Heç bir gözəlliyə tay sayammadım.
Gizlicə göz altdan oğrun baxışı
Mən yazıq özümə pay sayammadım.
Odsuz ocaqlara alışdı canım,
Sarvansız köç etdi yüklü karvanım.
Hansını gizlədim, hansını danım?
Dilimdən var gəlib, day sayammadım.
Dərmansız dərdlərə düçar olmuşam,
Paslı qıfıllara açar olmuşam.
Özüm də özümdən qaçar olmuşam
Elə hay verdin ki, hay sayammadım.
Zülfüqar, payına düşdü nəs illər.
Nə yamanmış bu nəs aylar, nəs illər.
Ömürdən çox gəlib getdi fəsillər
Birini nə bahar, yay sayammadım.
Qanmazlara
Könül sevdi, şeir yazdım,
Nə ərkanı, yolu azdım,
Lağ edənlər varsa, dözdüm,
Dedim: xeyir, şər adaşdı.
Qanan qandı, ar eylədi,
Səhvini aşkar eylədi.
Gözlərindən car eylədi
Onu gördüm gözü yaşlı.
Qanmazlarsa hırıldadı,
Sərxoş olub guruldadı,
Öyüd verdim, mırıldadı,
Belələri alabaşdı.
Ədəb göstər dedim xərə,
Yıxıldı o küllüklərə.
Özünə gəl, ay heyvərə,
Dediklərim başa başdı.
Zülfüqarın, bil, a kişi,
Həcv yazmaq deyil işi.
Gözlərinə batan şişi
Sənə gözəl bir şabaşdı.
Ömrü hədər zay etməyin.
Hər şeydən gözəl səbrdi
Saya salıb say etməyin.
Zamn ələr ələyində,
Bələyər öz bələyində,
Hər kəs arzu, diləyində
Heç kəsi rüsvay etməyin.
Yol göstərin yol azana,
İgid gərək ad qazana.
Hər yerdə dönüb ozana
Şənliklərdə vay etməyin.
Zülfüqar, həyat gözəldi,
O nə gövhər, nə də ləldi.
Xərcləməyin hara gəldi,
Qazanılmır, pay etməyin.
Müəllif: Zülfüqar Zülfüqarov