Qadin.NET / Müəllim

Müəllim

Müəllim

Mənim Tənhalığım

Mənim tənhalığıma toxunma nolar, 

Mənim tənhalığım səni də boğar.

Mənimlə danışma, mənimlə dinmə

Həyat tək bu Əhəd səni də yorar...

 

Sözlərim yamanca çox sıxıcıdır, 

Çəkdiyim dərd deyil, qəlb yarasıdır.

Deyirsən hələ də çox qalasıdır

Hər gecə içimi məhv edən dərdlər?! 

 

Bəlkə də dərd deyil bu içimdəki?! 

Bəlkə də boşluqdur, bilə bilmirəm...

Baxma eləcənə, bu gözümdəki

Ömür yollarımdır, gedə bilmirəm...

 

Mən elə boş-boşuna danışdım durdum, 

Bağışla oxucum səni də yordum.

Bu qədər dayandım, bu qədər durdum...

Biraz da duraram, ölmərəm ki dost?! ...

 ... Öldürdüm...

Üşüyür əllərim sən yoxsan deyə, 

Nə qədər əllərim cibimdə gəzim? 

Nə qədər yazım ki, eşidər deyə?: 

Eşitmir, ölür hislərim...

Nə qədər bədbəxtlik donunu geyim? 

Nə qədər gələcək deyə səbr edim? 

Nə qədər zülmətə qərq olum gedim? 

Nə qədər, sən söylə özüm məhv edim? 

 

Tənhalıq yapışıb yaxamdan mənim, 

Boş qalıb, gəl və tut mənim əllərim

Yaşamaq istərəm hər an Cənnəti, 

Axı Cənnətimdir sənin gözlərin...


Bir dəfə səsimi duy , bir eşit sən,

Anla ki, ölürəm, məhv oluram mən.

Nə vaxtsa çoxalsa saçlarımda dən, 

Bil sənsiz Günlərin xatirəsidir...

Nə isə...

Yenə özüm dedim, özüm eşitdim, 

Hər sətir içində mən səndən dedim

Qorxma , sevməyir day səni inan...

Bu dəmdən hisslərmi bil ki, öldürdüm!  

Müəllim

Pis şagird

Dedim ruhum nə vaxt gedirsən göylərə,
Məni də atırsan bu qapqara yerlərə?
Dinmədi... Yenə soruşdum...
Dedi vallahi də daha yoruldum...
Soruşdum nədən?
Söylədi xasiyyətindən...
Dedim xasiyətimdə nə var ki söylə...
Dedi nə vaxt yaşayacan sən xoşbəxt belə?!
Dedim bilmirəm, sən bilirsən mi?
Mən hardan bilim ki söylədi ruhum...
Sonra bircə mələk endi göylərdən
İfadə etmərəm onu sözlərdən
Edə bilmərəm...
Dedi nə olubdur, hara gedirsən?
Məgər imtahandan belə bezmisən?
Məgər müəllimini söylə sevmirsən?
Dedim əstafrillah...əlbət sevirəm...
Sadəcə nankoram , bilə bilmirəm...
Müəllimə təşəkkür etməyirəm heç,
Qanmıram hər gün ki, sonra olar gec...
Müəllim qiymətmi aşağı salar
Bu nankor şagirdsə sinifdə qalar...
Söylədi mələk, bir söylə görək..
Nə vaxtsa səcdəyə getdin mi söylə?
Söylədim ki yox...
Söylədi mələk gülə-gülə
O zaman xoşbəxtlik nədə ararsan?
Bilmirsən xoşbəxtlik İbadətdədi?
Bilmirsən müəllim hər tərəfdədi?
Dedim bilirəm...
Söylə o zaman nədəndir belə,
Əlini atırsan daim pis işə?
Dərsini heç cürə sən öyrənmirsən...
Görürsən necə də pis bir şagirdsən?
Dərslərin yarıda qalıb dayanıb,
Sənsə ölümü gözlərsən elə
Nə olsun minlərcə o canın yanıb?
Cəhənnəm odunu bir görsən belə...
Deyərsən kaş yaxşı şagird olaydım
Yaxşı şagird təki yadda qalaydım...
Deyəsən haqlısan sən bu mövzuda
Mən şükür etmədim bircə anda da...
Mən səcdə etmədim bu ömrüm boyu
Toz basıb, yox olur bu ömür yolu...
Deyirsən müəllim əfv edər məni,
Mən indi dərsimi yaxşı oxusam?
Hərkəsə nümunə bir şagird olsam?
Əlbət əfv eyləyər o nə sözdür ki?
Təki hərbirşeyi ürəkdən istə
Hərşeyi sakitcə, səbrlə gözlə
O zaman çox yaxşı şagird olarsan...
Yaxşı şagird təki yadda qalarsan...
Nə isə... Müəllim məni gözləyir, söylədi mələk
Qalx görüm biz də day evmizə gedək
Ruhum da söylədi mənə bunları,
Onsuzda qısadı ömür yolları
Qoy ömür yollarmız mənalı olsun!
Qoy ömür yollarmız gül - çiçək qoxsun!
Və son söz... 
Çalış ki dərslərini sən yaxşı oxu,
Müəllim yolunu gözləyir orda...
İmtahan edəcək, yaxşıca oxu...

Əhəd Əhədli

20 sentyabr 2015
GO BACK