Qadin.NET / Gözləyirəm bil yolunu

Gözləyirəm bil yolunu

 

Gözləyirəm bil yolunu

 

Gözləyirəm bil yolunu
Sönəcəksə günəş bir gün,
Çəkəcəmsə hələ zülüm,
İstəmirəm daha dözüm
Burax məni, bu gün ölüm.

Axacaqsa gözümdən yaş,
Öləcəmsə yavaş-yavaş,
Unudaram asta-asta, yavaş-yavaş
Basaram mən qəlbimə daş.

Susacaqsa bu ürəyim,
Öləcəksə tək diləyim,
Qalacaqsa boş əllərim,
Dayan atma, dur, ürəyim.
Yox olanda yaxınların,
Sən olursan dörd divarın.
Məhv olunur o yolların,
Yollar üstə xəyalların.
O günlərə qaytar məni,
Dörd divardan çıxar məni.
Bu həyatdan qopar məni,
Ürəyimdən rədd et qəmi.
Duy səsimi daha nolar,
İnanmıram Əhəd sənsiz çox yaşayar.
Kədər onun belin yıxar,
Kədər onu hər gün boğar.
Gözləyirəm bil yolunu.
Axtarıram sağ-solumu.
Gəl ki, bax bu ömür yolun
Birgə gedək biz səninlə
Xoşbəxt olaq sevgimizlə!

 

Gözləyirəm bil yolunu

 

Sevdim səni
Gözlərin gözlərimə dolaşdıqca,
Dolaşıb da ürəyimə yol açdıqca,
Və mən qorxub gözlərindən hey qaçdıqca
Sevdim səni...
Gözlərin gözlərimi axtardıqca,
Axtarıb da hər tərəfə o baxdıqca,
Və bu sevgi sutək qəlbə hey axdıqca.
Sevdim səni...
Xoşbəxtliymin arxasınca hey qaçdıqca,
Tapmayanda bu içimi qəm aldıqca,
Və son anda 
qarşıma sən çıxınca

Sevdim səni...
Və gəl, dinlə, Əhədin sən ürəyini
Yaxşı oxu sənə yazan sözlərimi.
Hər gün bir az görəndə mən gözlərini
Sevdim səni...
Sevdim səni, sevəcəm də,
Qaçmayacam bu sevgidən.
Son nəfəsmi səninlə, bil, verəcəm də
Qaçmayacam mən bu eşqdən!

 

Gözləyirəm bil yolunu

 

İllər ötsə

Bir neçə il belə ötsə, 

İllər keçsə...

İllər sonra o yanımdan ötüb keçsə, 

Köhnə hisslər oyanarmı ona qarşı? 

Yoxsa olmaz heç nə bir şey

Hislər özün daha yormaz, 

O yollarda yolçu olmaz...

Yoxsa ürək yenə sevər?! 

Köhnə hislər o yollardan bir də gedər

Bilməyirəm...

Bəlkə zaman axıb keçsin, 

İllər sonra o yanımdan ötüb keçsin...

Bəlkə o dəm anlayaram hislərimi, 

Belə bilməm, anlamaram...

Bir neçə il belə ötsə,

Gözüm onun gözlərini, düşün, görsə, 

Unudaram, de, zamanla? 

Yoxsa zaman dərman olmaz? 

Eşq yarası heç sağalmaz?! 

Bir neçə il belə ötsə, 

O saçları dalğalansa, bağrım dəlsə,

Gedərəmmi görən yolumu , 

Heç nə, bir şey olmamış tək?! 

Bəlkə illər hey ötdükcə, 

Bu ürəyi dərd örtdükcə,

Sağ qalmaram o vaxtadək.

Ömür mənə vəfa qılmaz, 

Ruhum pərvaz edib uçar...

Bir neçə il belə ötsə, 

İllər keçsə..

İllər sonra o yanımdan ötüb keçsə,

Köhnə hislər oyanarmı ona qarşı? 

Yoxsa olmaz heç nə, bir şey? 

Hisslər özün daha yormaz?! 

O yollarda yolçu olmaz.

Yoxsa ürək yenə sevər? 

Köhnə hislər o yollardan bir də gedər, 

Bilməyirəm...

Bəlkə zaman axıb keçsin, 

İllər sonra o yanımdan ötüb keçsin.

Bəlkə o dəm anlayaram hislərimi...

Belə bilməm, anlamaram.

3 sentyabr 2014
GO BACK