Qəlbim
Hönkürüb ağlamaq istəyir qəlbim,
Səni bir dəfəlik unutmaq istəyir qəlbim.
Bu yükü sənsiz daşıya bilməyir qəlbim,
Səni hər zaman yanında istəyir qəlbim.
Mümkünsüz olduğunu mən bilə-bilə,
Sevirəm saf sevgimlə mən səni yenə,
Yaşlarım gizlənib qəmli gözümdə,
Hönkürüb ağlamaq istəyir qəlbim yenə bu gecə...
Ağlaram
Hər gecə üzümü yastığa sıxıb ağlaram,
Nakam eşqimiz üçün yanıb ağlaram.
Sənin üçün darıxan, yanan qəlbimdə,
Saf sevgimin yasını tutub ağlaram.
Hər gecə bircə damla yaş süzülür gözümdən,
Sənə həsrət, dünyaya qəmli baxan gözümdən.
İllər ötdükcə sanki hər şey kiçilir gözümdə,
Sənə həsrət, dünyaya qəmli baxan gözümdə.
Bir gün dönüb gəlsən
Yollara baxmaqdan gözüm yorulub,
Qəlbimdə dağılmaz dünyan qurulub.
Sevdan qəlbimdə bir yara olub,
Bir gün dönüb gəlsən, olmayacam mən.
Razıyam, olmasın qismətim, gəlinlik donu,
Allahım, rəhm elə, yardım et, unudum onu.
Bir az da səbr elə dönəcəm demişdin mənə,
Bir gün dönüb gəlsən, olmayacam mən.
Bəlkə də dünyadan itəcək izim,
Bəlkə də sevgimiz öləcək bizim.
Bir gün peşman olub qayıtsan geri,
Artıq bu dünyada olmayacam mən.
Müəllif: бѓ¦Narınбѓ¦